
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Rusiya məhkəməsi müxalif siyasətçi Aleksey Navalnını mənimsəmə və məhkəməyə qarşı hörmətsizlik ittihamları üzrə günahkar tanıyıb və doqquz il həbsə məhkum edib.
Hakim Marqarita Kotova hökmü martın 22-ə Moskva yaxınlığında Navalnının saxlanıldığı islah koloniyasında elan edib. Müstəntiqlər onun üçün 13 il həbs cəzası istəmişdi.
Navalnı həmçinin 1.2 milyon rubl məbləğində cərimə olunub.
Navalnının yeni həbs cəzasını hazırda ayrı ittiham üzrə çəkdiyi 2 il yarımlıq həbs cəzası ilə birlikdə çəkib-çəkmədiyi və ya o bitəndən sonra başlayıb-başlamayacağı bəlli deyil.
Arıqlamış Navalnı vəkilləri ilə birlikdə həbsxananın mühafizə işçiləri ilə dolu otaqda hakimin ona qarşı sürülən ittihamları oxumasını dinləyib. Həmin zaman 45 yaşlı Navalnı təlaşsız görünüb və məhkəmə sənədlərini vərəqləyib.
Navalnı ötən il 2020-ci ildə Sibirə səfərdən döndüyü zaman Sovet dövrünə aid sinir agenti ilə zəhərləndikdən sonra Almaniyada müalicə olunub Rusiyaya qayıtdığı vaxt həbs olunub. Navalnı zəhərlənməyə görə Putini günahlandırıb.
Kreml Navalnının zəhərləndiyinə dair sübut görmədiyini bildirib və Rusiyanın rol oynadığını inkar edib.
Navalnı martın 15-də son məhkəmə prosesindən sonra “İnstagram”da paylaşdığı yazıda yazıb: “Əgər mənim söylənməli olan şeyləri söyləmək kimi insan hüququmun bədəli həbsdirsə…onlar 113 il istəyə bilərlər. Mən nə sözlərim, nə də əməllərimdən əl çəkməyəcəyəm.”
Rusiyanın hakimiyyət orqanları Navalnı və onun tərəfdarlarını Qərbin dəstəyi ilə Rusiyada sabitliyi pozmaq niyyətində olan təxribatçılar kimi qələmə verir. Navalnının müttəfiqlərindən çoxu həbs və ya başqa məhdudiyyətlərlə üzləşməmək üçün Rusiyadan qaçıblar.
Navalnının müxalifətçi hərəkatına “ekstremist” damğası vurulub və bağlanıb, baxmayaraq ki, onun tərəfdarları siyasi mövqelərini, o cümlədən Moskvanın Ukraynaya hərbi müdaxiləsinin əleyhinə olduqlarına dair fikirlərini sosial mediada ifadə etməyə davam edirlər.