vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
18:49 | 24 may 2017 | Çərşənbə Məqaləyə 3781 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha çox tüstü

««Light» siqaret çəkənlərin xərçəngə yoluxmaq riski daha çoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da aparılan yeni araşdırmaya əsasən «light» markalı siqaret çəkənlərin ağciyər xərçənginə yoluxmaq təhlükəsi, normal siqaret çəkənlərə nisbətən daha çoxdur. Araşdırmada filtrlərdə olan dəliklərin ciyərlərə daha çox tüstü çəkməsinə səbəb olduğu qeyd olunur.

Ohayo (Ohio) universitetində aparılan araşdırma ağçiyərlərin dərinliklərində yaranan, bir xərçəng növü olan adenokarsinom hallarının son 50 ildə artması səbəbləri barədə suallara cavab verib.

Bu 50 illik müddət ərzində siqareti tərgidənlərin sayının artması qarşılığında digər ağ ciyər xərçəng növlərinin azaldığı məlum olub.

Alimlərin qənaətinə görə, araşdırmanın nəticələri adenokarsinomla «light» siqaretlərə olan tələbatın artması arasındakı əlaqəni müəyyən edib.

Filtrində dəliklər olan «light» siqaretlərdə daha az qətran olduğu bildirlərək 50 il əvvəl satışa çıxarılmışdı.

Araşdırmaya başçılıq edən Dr. Peter Şilds (Dr. Peter Shields) «Siqaret həvəskarlarınıvə ictimai sağlamlıq nümayəndələrini «light» siqaretlərinin daha təhlükəsiz olması fikri ilə aldadıblar.

Əldə etdiyimiz məlumatlar filtrində dəliklər olan siqaretlərlə son 20 ildə artan adenokarsinom halları arasında açıq aşkar bir əlaqənin olduğunu göstərir. Bizi narahat edən əsas məsələ hazırkı siqaretlərin hardasa hamısında bu dəliklərin olmasıdır» deyib.

ABŞ-da «light» və ya «az qətranlı» adı altında siqaret satışı qadağandır.

Lakin alimlər filtrində dəliklər olan siqaretlərin hamısının qadağan olunmasının lazım olduğunu söyləyirlər.

Elm adamlarının fikrincə, hava dəlikləri ciyərlərə daha çox tüstünün çəkilməsinə səbəb olur. Siqaret tüstüsünün tərkibində xərçəngə gətirib çıxaran kimyəvi maddələr və toksinlər vardır.

«Filtrlərdəki havalandırma dəlikləri tütün yanma şəklini dəyişdirir və daha çox konserogen maddəsini ortaya çıxarır. Bu yolla tüstü ağ ciyərlərdə adenokarsinomların sıx olduğu hissələrə çatır», - deyə Dr. Şilds bildirib.