vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:17 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 3089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kefsiz və «KFC»-siz biznesmen

Ofisi bağlanıb, telefonları söndürülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyası sürətlə sökülməkdədir və belə görünür ki, məmmədovlar klanının iqtisadiyyatda mövcudluğu tamamilə aradan qalxmaqdadır. Bu klanın əlindən çıxan növbəti biznes aktivi isə məşhur KFC restoranları şəbəkəsidir.

Virtualaz.org xəbər verir ki, KFC restoranlarını idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən «Garant Holding»in portfelinə daxil olan «AFK» şirkəti mülkiyyətçisini dəyişib. Bu şirkətin sahibi hazırda ölkənin iri holdinglərindən olan «Gilan Holding»dir. «AFK» şirkətinin «Gilan Holding»in portfelinə daxil olduğu barədə məlumat holdingin saytında yer alır.

Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.

Xatırladaq ki, «Garant Holding»ə Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edirdi. O, neçə vaxtdır ki, Azərbaycandan gedib və Londonda yaşayır. «Garant Holding»in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb.