vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TƏHSİL, DİN  
16:16 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SSRİ havası Rusiyanın başından çıxmır

Moskva Bakını kiril əlifbasına qayıtmağa çağırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb. Virtualaz.org «RİA Novosti»yə istinadla xəbər verir ki, nazir «Rus dünyası və rus dili: tarixi kölər və inkişaf istiqamətləri» adlı Forumda çıxışı zamanı bu haqda danışıb.

«Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya-kirill əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kirill əlifbasına sadiqlik barədə danışırlar», - Vasilyeva bildirib.

Nazirin fikrincə Rusiya kirill əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. «Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib», - Olqa Vasilyeva deyib.

SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kirill əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2018-ci ildə tamamlanacağını bildirib.