vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
09:49 | 14 iyun 2017 | Çərşənbə Məqaləyə 2702 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müqəddəs günlərdə, müqəddəs davranış

Heydər Əliyev Fondu Pakistanda Ramazan sovqatları təqdim edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub. Bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib.

Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə səfir Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqlarını bir-birinə yaxınlaşdıran dini etiqad və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevincini və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar-sosial sahədə də inkişaf etdiyini, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosial yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.

Ə.Əlizadə Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinin 2005-ci ildə Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi ilə başlandığını xatırladaraq, ötən on iki il ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirdiyini deyib. Səfir bu layihələrin iki ölkənin xalqları arasında əlaqələrin, dostluq və həmrəyliyin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib. Fond tərəfindən Ramazan ayı münasibəti ilə yardım bağlamalarının və sovqatların təqdim olunmasının da bu amala xidmət etdiyini vurğulayıb.

Ə.Əlizadə Abbotabad bölgəsinin əhalisini Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Ramazan ayı münasibətilə təbrik edərək, Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasiyə və digər iştirakçılara təqdim etmə aksiyasına qoşulmalarına görə təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasi iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür layihələrin xalqlar arasındakı münasibətlərin istiləşməsinə xidmət etdiyini bildirib.

Azərbaycana bu il səfərini xatırladan assambleya sədrinin müavini Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi layihələr haqqında məlumat verərək, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığının şahidi olduğunu, bunun Pakistan üçün də fəxr olduğunu vurğulayıb. Keçirilən humanitar-sosial yönümlü layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdıran Pakistanın Milli Assambleyası sədrinin müavini, Ramazan sovqatlarının təqdim olunmasının Abbotabad bölgəsinin yerli əhaləsinin sevincinə səbəb olmaqla yanaşı, onlara mənəvi dəstək olduğunu da bildirib.