Tələbələrə müjdə
Təhsil Nazirliyi: «Akademik borcu olanlara yeni güzəştlər ediləcək»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Xatirələrdə qalan oyuncaqlar
Uşaq yaradıcılıq müsabiqəsi
-
“29 sual səhv olub”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
-
Təhsil işçilərinin maaşı artdı
Prezident sərəncam imzaladı
-
1-ci sinfə qəbul qaydalar dəyişdi
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
-
Müəllimlərə mənzil veriləcək
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
-
Vergilər Nazirliyində yeni təyinatlar
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
-
Yeni təhsil naziri təyin olunub?
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
-
«Bir də gördüm hikkəylə girdi otağıma...»
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
-
Müdirin qisası
Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu
-
Nazirdən prioritetləri açıqladı
Hansı sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var?
-
«Erməni lobbisinin ayırdığı qrant hesabına ...»
Tarix İnstitutu «Böyük Ermənistan» xəritəsi qalmaqalı barədə
-
Dərslik mafiyasının arxadan zərbəsi
Tarix İnstitutundan «Böyük Ermənistan»a görə qəzəbli bəyanat
-
«Xəritədə Albaniyanın adı yazılmalıydı»
Qalmaqallı dərsliyin müəllifləri Təhsil Nazirliyinə çağırıldı
«Əvvəlki qaydalardan fərqli olaraq təsdiq olunan yeni dəyişikliklərə əsasən akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb».
«Report» xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına edilən dəyişikliklə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir: «Digər tələbələr isə imtahanda iştiraka görə, həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaqlar».
Y.Piriyev bildirib ki, hazırda dövlət ali təhsil müəssisələrində sonuncu buraxılış kursunun təqribən 6 faiz tələbəsi 1-2 fənn üzrə akademik borcu olduğuna görə ali məktəbi bitirə bilmir: «Bu qərarın qəbul olunması həmin tələbələrə ali təhsil müəssisəsini bitirmək üçün real imkan yaradır. Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb».
Nazirlik rəsmisi onu da qeyd edib ki, əyani təhsilalma formasının yeni növləri – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub: »Tədrisə tam cəlb olunma– ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrindən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq».
Bu yenilikdən 2000-ə yaxın tələbənin istifadə edəcəyi gözlənilir.