vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ASİYA  
21:19 | 14 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirnovskidən intim qadağa

LDP sədri illik miqdarı 4-ə endirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti sensasion təkliflə çıxış edib. Avropa.info-nun Rusiya mətbuatına istinadən məlumatına görə, o, partiya üzvləri qarşısında çıxışı zamanı gözlənilmədən partiya üzvlərinin intim münasibətlərinin qadağası təklifi ilə çıxış edib.

V.Jirinovski çıxışında bildirib ki, LDP üzvləri ildə dörd dəfədən artıq seksual münasibətlərdə olmamalıdırlar: “Onlar hər rübdə bir dəfə seksual əlaqədə olsalar, yetərlidir. Bu da ildə dördə dəfə edir. Bundan artıq seksual münasibətdə olmağa lüzum yoxdur”.
O deyib ki, pornofilmlərin təsiri altına düşən bugünkü gənclər daha çox seksual münasibətdə olmağa çalışırlar: “Gənclər nə qədər çox seksual əlaqədə olmağı daha yaxşı əlamət hesab edirlər. Amma hesab edirəm ki, nə qədər az intim münasibətdə olsalar, yaxşıdır. Ancaq bir şərtlə çox seksual əlaqədə olmaq olar ki, qarşı tərəfin də buna simpatiyası olmalıdır. Bu yoxdursa, o zaman il ərzində 3-4 dəfə intim əlaqədə olmaq yetərlidir”.
LDP lideri eyni zamanda, partiyadaşlarını alkoqollu içkilərdən, siqaret çəkməkdən və ət məhsulundan imtina etməyə çağırıb və bunu yaşam tərzi kimi özlərinə təlqin etməlidirlər.