«Cəza cərimə ilə bitməyəcək»
İlham Əliyev ağac kəsən məmurlara xəbərdarlıq etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanışlıqdan sonra Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: «Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.
Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb».
İlham Əliyev bildirib ki, yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir: «Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək.
Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən bütün işlər göz qabağındadır. Mən bir daha qeyd etmək istəyirəm ki, indi Bakı gözəl parklar şəhərinə çevrilibdir. Bizim mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb. Bizim ən böyük parkımız dənizkənarı bulvardır, uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb. Burada indi idman, incəsənət şəhərcikləri, ictimai yerlər yaradılıb. Diqqətçəkən digər layihələr arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim. Orada gözəl park yaradılıb. Dövlət Dram Teatrının arxasında yeni park salınır. “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır. İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi».
Prezident əlavə edib ki, Böyükşor gölünün bir hissəsi təmizlənib, onun ətrafı abadlaşdırılıb, 1 kilometr uzunluğunda yeni bulvar salınıb: «Bibiheybət ərazisində indi gözəl park salınır. Yəni, görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün şəhərimizdə çox böyük tədbirlər görülür. Yeni parkların salınması baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada birinci yerdədir. Bunu siz də yaxşı bilirsiniz, şəhərimizin digər vətəndaşları da görürlər, əgər harada söküntü gedirsə o yerdə mütləq ictimai guşələr, parklar yaradılır, yeni geniş yollar salınır ki, tıxaclar azalsın. Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək. Onun yanında olan park artıq fəaliyyətdədir, Heydər Əliyev Sarayının ətrafında böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər. Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş Səttarxan adına zavodun ərazisi olan bu yer ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi, orada abadlıq işləri aparıldı, şəhərimizin vətəndaşlarına problem yaradan tüstünün qarşısı alındı. Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin və şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşsın. Biz artıq buna nail ola bilmişik. Havanın, suyun keyfiyyəti yaxşılaşıb. Bu, insan sağlamlığı üçün əsas amillərdir.
Bilirəm ki, bu binalarda ziyalılar, alimlər yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailələrinizlə birlikdə istirahət edəsiniz. Bu münasibətlə sizi - burada yaşayan vətəndaşları təbrik edirəm».
Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlətimizin başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.
«Ovçular evi»nin ərazisində çoxillik ağacların gecə vaxtı kütləvi şəkildə kəsilməsini əks etdirən görüntülər virtualaz.org saytında yayılandan sonra bu hadisə geniş rezonans doğurmuşdu və prezident məsələyə müdaxilə edərək Bakıda növbəti ağac qətliamının qarşısını aldı. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti «A-3 Sənaye Tikinti Korporasiyası» MMC şirkətinə həmin ərazidə «Böyük Plaza» adlı kompleksin tikintisi üçün verdiyi sərəncamı ləğv etdi.