Prezident ipotekanı asanlaşdırdı
Minlərlə aztəminatlı mənzil alacaq
Aydın KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
İyulun 14-də Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan İpoteka Fondu» ASC-nin Nizamnaməsinə dəyişiklikləri təsdiq edib. İpoteka kreditinin verilmə qaydalarında da bəzi dəyişikliklər baş verib. Virtualaz.org-la söhbətində daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib ki, Nizanmnaməyə edilən dəyişikliklər Fondun fəaliyyətinin təşkilati məsələlərini əhatə edir.
«Bundan başqa, Nizamnamə kapitalı hazırkı 307 milyon 238 min 671 manatdan 366 milyon manata qədər artırılıb. Dəyişikliklər Fondun gəlirlərinin bölüşdürülməsi məsələlərinə də aiddir. Əgər əvvəllər gəlirin 50%-i ipoteka kreditləşməsinə yönəldilməli idisə, indi bu maneə aradan qaldırılıb. Başqa sözlə, Fond özü bu səviyyəni konkret vəziyyətdən asılı olaraq müəyyən edəcək», - Rəşad Əliyev deyir.
Ekspert ona da diqqət yönəldir ki, ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişikliklər baş verib: «Əvvəllər bu kreditlər yalnız təmirli mənzillər üçün verilirdi və həmin mənzillərin 1 kvadrat metrinin qiyməti bu zonada orta bazar dəyərindən yüksək ola bilməzdi. İndi isə adi kreditlər üzrə bu məhdudiyyətlər aradan götürülüb. Lakin məhdudiyyətlər güzəştli kreditlərdə qalıb. Ən başlıcası isə odur ki, kreditlərin yalnız təmirli mənzillərə veriləcəyi ilə bağlı şərt yoxdur», - həmsöhbətimiz bildirir.
Onun sözlərinə görə, qaydalardan kreditin maksimal məbləğini müəyyənləşdirən bənd də çıxarılıb. Bu vaxta kimi həmin məbləğ müəyyən hesablamalarla məlum edilirdi ki, hesablamaların şərtləri bazardakı vəziyyətə görə dəyişə bilirdi. «Bu yaxınlara qədər həmin məbləğ 100 min manata bərabər idi. Belə çıxır ki, bu məhdudiyyət də aradan çıxıb və kreditin maksimal məbləğini Fond özü müəyyən edəcək. Lakin bu, o demək deyil ki, həmin məbləğ artırılacaq, halbuki buna tam haqqı var. Güzəştli kreditlər üzrə maksimal kreditləşdirmə həcmi daşınmaz əmlakın dəyərinin 90%-i həcmində saxlanılıb. Adi kreditlər üzrə isə yuxarı hədd 85% səviyyəsində müəyyənləşdirilib», - ekspert deyib.
Ümumilikdə, Rəşad Əliyevin fikrincə, prezident tərəfindən edilmiş dəyişikliklər Fonda daha çox imkanların yaradılması və qurumun effektiv fəaliyyəti üçün nəzərdə tutulmuşdur. «Effektiv fəaliyyət isə yalnız sosial proqramların həyata keçirilməsi deyil, həm də maliyyə dayanıqlığı və iqtisadi dividendlərdir», - Rəşad Əliyev qeyd edib.