Siyahıda kimlərin adları var?
Çox inanılmaz faktlar açıldı, hətta xanımından boşananlar da var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Mətbuatdakı xaotik vəziyyət birbaşa onların əməli idi”
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
-
Yeni direktor bütün işçiləri qovdu
Həsənov klanını bitirən faktlar üzə çıxır
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
-
Mühüm mesaj, tutarlı cavab
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
Mirşahin yeni kanal açdı
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
-
«Bizə düşmən kəsilənlər də var»
Əflatun Amaşov: «Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir»
-
«Yaxın 3 ildə istifadəyə veriləcək»
Vüqar Səfərli jurnalistlərin yeni binasından danışdı
-
«Vəsait ayrılsın!»
Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif
-
«Qanunun gücünə arxayınıq»
Mətbuat Şurasından «reket jurnalistlər»ə xəbərdarlıq
Bu il mətbuat bayramı jurnalistlər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Milli Mətbuat günü ilə əlaqədar jurnalistlərə yeni mənzillər təqdim olunacaq. Bəs təqdim ediləcək mənzillərin siyahısı nə yerdədir? APA TV-nin «İlham Tumasla 40 dəqiqə» layihəsinin növbəti buraxılışında bu məsələ geniş şəkildə müzakirə edilib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, namizədlərin müəyyənləşdirilməsi məqsədilə yaradılan komissiya işləri yekunlaşdırıb: «Bütün redaksiyalarda şəffaf şəkildə namizədlərin müəyyənləşdirilməsinə şərait yaradıldı. İyun ayının 29-da komissiyanın sonuncu iclası keçirildi. Orada son olaraq seleksiyadan keçmiş 845 sənəd prezident administrasiyasına yola salındı. İyun ayının 30-dan sənədlər prezident administrasiyasına təqdim olundu. Artıq orada namizədlərin arasında ikinci bir seleksiya keçirilməli idi. Bunun arasında 255 nəfər müəyyənləşdiriləcək». M. Ələsgərli onu da qeyd edib ki, ilkin mərhələdə 4.000-ə yaxın iddiaçı olub.
Jurnalist, hüquq müdafiəçisi Azər Həsrətin sözlərinə görə hətta mediadan kənarda olan şəxslər belə həmin binadan mənzil almağa iddia edirdilər: «Ona görə də kriteriyalar konkret oldu, dəqiq oldu. Həmin kriteriyalar çərçivəsində də ilkin seçim aparıldı».
«Türküstan» qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, media sahəsində çalışanlar, jurnalistlər Azərbaycan cəmiyyətinin xüsusi təbəqəsi deyil: «İnsanlar öz seçimləri ilə fərdi şəkildə gəlib bu sahədə işləyirlər. Heç kəs hesab eləmir ki, mən burada işləyəndə vətənə xidmət edirəm. Hər kəs iş yeri kimi işləyir. Bu baxımdan jurnalistlərin diktə dilində bu məsələlərdən danışmasını yolverilməz hesab edirəm. Azərbaycanda dövlətin dəstəyinə ehtiyacı olan insanlar, mən hesab edirəm ki, birinci növbədə hərbi sahədə çalışan insanlardır. Xüsusilə sərhəd bölgələrində olan hərbiçilərimizdir. Onları da zaman-zaman dövlət evlə təmin edir. Jurnalistlərin evlə təmin edilməsi birbaşa dövlətin siyasətidir».
Müşfiq Ələsgərli sənədlərin qəbulu prosesində neqativ hallarla üzləşdiklərini də söyləyib: «Kimsə fürsətdən istifadə edin yaxın adamının təmin olunmasına çalışıb. eşidən kimi bina bu il paylanacaq, evi öz adından çıxarıb başqasının adına keçirənlər vardı. Xanımını boşayanlar vardı. Çox dəhşətli faktlar açıldı». M.Ələsgərli 30 illik iş stajının olduğunu iddia edən jurnalistin redaksiyada rəsmi işləmədiyinin də üzə çıxdığını söyləyib. «Adamın sosial kartı yoxdur, gedir pensiyaya çıxmağa, məlum olur ki, sənədləri qaydasında deyil», - Müşfiq Ələsgərli belə deyib. Mətbuat Şurasının sədr müavini onu da qeyd edib ki, 90% redaksiyalarda jurnalistlərlə bağlanmış əmək müqavilələri qaydasındadır.
Azər Həsrət bəzi saytlarının mediaya aid olub-olmadığını araşdırmağın vacibliyini vurğulayıb: «Bu saytlar da iddiaçı kimi çıxış edirlər. Bunlar iddia edirlər ki, Azərbaycan dövləti qarşısında böyük xidmətləri varmış. Mən mənzilə iddia eləmirəm, deyirəm ki, ayıbdır. Daha çox mənzilə ehtiyacı olanlara verilsin. Mən utanıram mənzilə iddia etməyə, amma o adamlar utanmırlar. Qırmız-qırmızı adamın üzünə deyirlər ki, mənim bu dövlət qarşısında xidmətlərim var, mənə mənzil verilməlidir». A.Həsrət bu cür jurnalistlərin adi imlanı, adi xəbəri belə yaza bilmədiklərini söyləyib. «O adamlar indidən düşünsünlər və bəyanatları kənara qoysunlar», - Azər Həsrət belə deyib.