vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
14:28 | 30 iyul 2017 | Bazar Məqaləyə 2906 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazvi Şərifi bitirən səbəb

Baş naziri London mülklərinə görə vəzifəsindən çıxardılar

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Pakistanın Ali Məhkəməsi baş nazir Nəvaz Şərifi korrupsiya iddiaları ilə əlaqədar postundan uzaqlaşdırmaq barədə qərar qəbul edib. Məqalədə deyilir ki, Ali Məhkəmənin yekdilliklə qəbul etdiyi bu qərar onsuz da qeyri-stabil olan ölkəni daha da qarışdıra bilər.

Beş üzvdən ibarət məhkəmə bu qərarını Panama sənədlərindəki faktlar əsasında çıxarıb.

Bu sənədlərdən məlum olurdu ki, Nəvaz Şərifin övladları ofşor şirkətlər vasitəsilə Londonda bahalı mülklər alıblar.

Nəvaz Şərifin sözçüsü məhkəmə qərarından narazılıq ifadə etsə də, hökmə hörmət əlaməti olaraq vəzifəsindən istefa verib.

Hakim Müsəlman Liqası - Nəvaz Partiyası indi 2018-ci il seçkilərinədək aralıq baş naziri seçməli olacaq.

Partiya az sonra bu barədə rəsmi bəyanat verməlidir.

«The Guardian» yazır ki, məhkəmə qərarı müxalifət lideri İmran Xan üçün uğur sayıla bilər.

O artıq bir müddət idi ki, Şərifin istefasına çağırırdı.

Ali Məhkəmə bu iş üzrə araşdırma materiallarını milli hesabatlılıq bürosuna təqdim edib və baş nazir, habelə onun üç övladı Məryəm, Həsən və Hüseynə qarşı cinayət işlərinin açılmasını tövsiyə edib.

Yerli media yazır ki, baş nazir və onun uşaqları barədə cinayət təhqiqatı tezliklə başlanacaq.