«Qaçqınkom» sədrinin nəvəsinə 12 il cəza düşür
Sürücünün hadisəni törətdikdən sonra qaçması cinayəti daha da ağırlaşdırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Peşmanam»
Əli Həsənovun nəvəsi ifadə verdi
-
«Nail günahkar deyil...»
«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir
-
Avtoşların çıxardığı hoqqalar
Əli Həsənovun nəvəsinin yüksək sürətlə sürdüyü maşınla törətdiyi faciəli qəza köhnə problemi gündəmə gətirib
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
«Oğlumu geri qaytarsınlar»
Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»
-
«Qeyri-ciddilik və axmaqlıqdır»
Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?
-
«Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?»
Bakıdakı «Gelandewagen» qəzası deputatı mandatsız qoya bilər
-
«Ailə üzvlərinizə nəzarət edin»
YAP rəsmisinin Əli Həsənovun nəvəsinin həbsi haqda açıqlama: «Hamıya xəbərdarlıq edildi ki, ...»
-
Qalstuklu «avtoş»
Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu
-
10 ... 203
Nəvənin maşın kolleksiyası - «Niva»dan tutmuş «Bentley»ə qədər
-
Əli Həsənovun nəvəsi həbs olundu
«Hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək»
-
Deputat həmyerlisinin müdafiəsinə qalxdı
Astan Şahverdiyev: «Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub?»
-
«Sükan arxasında Nail Allahverdiyev olub»
DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı
-
«... Məsuliyyətə cəlb olunacaq»
DİN Bakıdakı səs-küylü «Gelandewagen» qəzası haqda açıqlama verdi
-
«Saatda 200-250 sürətlə sürürdülər»
«Mercedes Gelandewagen» qırmızı BMW ilə ötüşürmüş?!
-
«Galendewagen»in törətdiyi qəzanın görüntüləri
Ürəyi zəif olanlar baxmasın!
İki gün əvvəl Bakıda baş verən dəhşətli qəzaya səbəb olan sürücünün kimliyi bilinib. Heydər Əliyev prospektində «Mercedes Gelandewagen» markalı avtomobillə dəhşətli qəza törədən və sürücünün adı dəqiqləşib.
Məlum olub ki, bir piyadanın və bir sərnişinin ölümünə səbəb olan sürücü «Qaçqınkom» sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
Bildirək ki, qəza zamanı Türkiyə vətəndaşı olan daha iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu hadisə bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə böyük müzakirə mövzusu olsa da, sürücünün kim olması bu gün dəqiqləşib. Məlumatı ilk olaraq virtualaz.org saytı yayıb ki, sürücü Nail Allahverdiyev olub. O, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, sürücü cinayət məsuliyyətinə cəlb ediləcək.
Xatırladaq ki,N.Allahverdiyev cinayət məsuliyyətinə cəlb ediləcəyi halda onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılacaq.
O, bu maddə ilə 10 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.
Hüquqşünas Əsabəli Mustafayev musavat.com-a bildirib ki, Əli Həsənovun nəvəsinə 12 il iş verilə bilər. Çünki burada hadisə yerindən qaçma məsələsi də var:
«Bu hadisədə Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələrinə uyğun olaraq cinayət işi açıla bilər. Şəxs hadisəni törətdikdən sonra yayınıb. Yəni sürücü kimi özünü təqdim etməyib. Ona görə də artıq burada 264-cü maddə də aid edilir. Gizləndiyi üçün qəsdən törədilən və ağır cinayət sayılır. Əgər məsuliyyətə cəlb olunarsa 12 ilə yaxın azadlıqdan məhrum edilə bilər».
Məsələ ilə bağlı musavat.com-a açıqlama verən vəkil Ceyhun Yusifov isə fərqli fikirdədir. O, müxbirimizə deyib ki, əvvəlcə istintaqın yekunlaşmasını gözləmək lazımdır:
«Qəzanın ehtiyatsızlıqdan və ya sürücünün səhvindən baş verdiyinin dəqiqləşməsini gözləmək lazımdır. İstintaqı qabaqlamaq olmaz. İbtidai istintaqın gəldiyi nəticədən sonra fikir bildirmək lazımdır. Əgər, məlum olduğu kimi qəzada iki nəfər ölübsə, iki nəfər də yaralanıbsa, bu hərəkət Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin təsiri altına düşür. Belə olan halda sürücünü 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir».