vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
13:01 | 7 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Peşmanam»

Əli Həsənovun nəvəsi ifadə verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş nazir müavini Əli Həsənovun Bakıda «Mercedes-Gelandawagen» markalı avtomobillə qəza törətmiş nəvəsi Nail Allahverdiyev istintaqa ifadə verib. «Report»un xəbərinə görə, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.

Bundan başqa, N.Allahverdiyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. Həmçinin o, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.

Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.

Xatırladaq ki, Nair Allahverdiyev avqustun 3-də Bakının Nərimanov rayonu ərazisində 2 nəfərin ölməsi, daha iki nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunur.