«... Məsuliyyətə cəlb olunacaq»
DİN Bakıdakı səs-küylü «Gelandewagen» qəzası haqda açıqlama verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Peşmanam»
Əli Həsənovun nəvəsi ifadə verdi
-
«Nail günahkar deyil...»
«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir
-
Avtoşların çıxardığı hoqqalar
Əli Həsənovun nəvəsinin yüksək sürətlə sürdüyü maşınla törətdiyi faciəli qəza köhnə problemi gündəmə gətirib
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
«Oğlumu geri qaytarsınlar»
Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»
-
«Qeyri-ciddilik və axmaqlıqdır»
Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?
-
«Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?»
Bakıdakı «Gelandewagen» qəzası deputatı mandatsız qoya bilər
-
«Ailə üzvlərinizə nəzarət edin»
YAP rəsmisinin Əli Həsənovun nəvəsinin həbsi haqda açıqlama: «Hamıya xəbərdarlıq edildi ki, ...»
-
Qalstuklu «avtoş»
Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu
-
10 ... 203
Nəvənin maşın kolleksiyası - «Niva»dan tutmuş «Bentley»ə qədər
-
Əli Həsənovun nəvəsi həbs olundu
«Hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək»
-
Deputat həmyerlisinin müdafiəsinə qalxdı
Astan Şahverdiyev: «Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub?»
-
«Qaçqınkom» sədrinin nəvəsinə 12 il cəza düşür
Sürücünün hadisəni törətdikdən sonra qaçması cinayəti daha da ağırlaşdırır
-
«Sükan arxasında Nail Allahverdiyev olub»
DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı
-
«Saatda 200-250 sürətlə sürürdülər»
«Mercedes Gelandewagen» qırmızı BMW ilə ötüşürmüş?!
-
«Galendewagen»in törətdiyi qəzanın görüntüləri
Ürəyi zəif olanlar baxmasın!
Ötən gün axşam Bakının Heydər Əliyev prospektində «Mercedes Gelandewagen» markalı ciplə dəhşətli qəza törədilib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada yaralanıb. Həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsusdur. Bu qəza geniş ictimai rezonansa səbəb olub və virtualaz.org Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidova sorğu ilə müraciət edərək bu nazirliyin məsələyə rəsmi münasibətini öyrənib.
Ehsan Zahidov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib:
- Həqiqətən ötən gün Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, «Mercedes Gelandawagen» markalı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ markalı avtomobillə toqquşub, daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb.
Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub.
- Hüquq-mühafizə orqanları geniş ictimai rezonansa səbəb olan bu hadisə ilə bağlı hansı tədbirləri görür?
- Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
- Mətbuat yazır ki, qəzaya düşən avtomobilin sahibi yüksək vəzifəli məmurlardan birinin qohumudur və məlumatlara görə həmin şəxs özü də avtomobildə olub. Bu məlumatlarla bağlı nə deyərdiniz?
- Kimliyindən asılı olmayaraq bu hadisəni törədən, yəni qəza anında avtomobilin sükanı arxasında olan şəxs qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunacaq.