«Saatda 200-250 sürətlə sürürdülər»
«Mercedes Gelandewagen» qırmızı BMW ilə ötüşürmüş?!
G.ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Peşmanam»
Əli Həsənovun nəvəsi ifadə verdi
-
«Nail günahkar deyil...»
«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir
-
Avtoşların çıxardığı hoqqalar
Əli Həsənovun nəvəsinin yüksək sürətlə sürdüyü maşınla törətdiyi faciəli qəza köhnə problemi gündəmə gətirib
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
«Oğlumu geri qaytarsınlar»
Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»
-
«Qeyri-ciddilik və axmaqlıqdır»
Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?
-
«Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?»
Bakıdakı «Gelandewagen» qəzası deputatı mandatsız qoya bilər
-
«Ailə üzvlərinizə nəzarət edin»
YAP rəsmisinin Əli Həsənovun nəvəsinin həbsi haqda açıqlama: «Hamıya xəbərdarlıq edildi ki, ...»
-
Qalstuklu «avtoş»
Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu
-
10 ... 203
Nəvənin maşın kolleksiyası - «Niva»dan tutmuş «Bentley»ə qədər
-
Əli Həsənovun nəvəsi həbs olundu
«Hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək»
-
Deputat həmyerlisinin müdafiəsinə qalxdı
Astan Şahverdiyev: «Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub?»
-
«Qaçqınkom» sədrinin nəvəsinə 12 il cəza düşür
Sürücünün hadisəni törətdikdən sonra qaçması cinayəti daha da ağırlaşdırır
-
«Sükan arxasında Nail Allahverdiyev olub»
DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı
-
«... Məsuliyyətə cəlb olunacaq»
DİN Bakıdakı səs-küylü «Gelandewagen» qəzası haqda açıqlama verdi
-
«Galendewagen»in törətdiyi qəzanın görüntüləri
Ürəyi zəif olanlar baxmasın!
Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus «Mercedes Gelandewagen» markalı avtomobillə törədilmiş dəhşətli qəza sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Virtualaz.org xəbər verir ki, hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı «Mercedes Gelandewagen» seriyası nömrəsi bəlli olmayan «777» nömrəli qırmızı rəngli «BMW» ilə yarışa çıxıbmış.
Avtomobildəkilərin çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş.
Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər.
Bəs Qəza hadisəsinin böyük rezonans yaratdığını nəzərə alıb Dövlət Yol Polisinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameralarına düşən görüntülər mətbuata açıqlana bilərmi?
Axı Heydər Əliyev prospekti tamamilə videomüşahidə kameralarının nəzarəti altındadır, eyni zamanda bu yolda çoxsaylı radarlar quraşdırılıb. Deməli qəza törədən avtomobilin həmin yoldakı bütün hərəkəti, eləcə də qəza anı videomüşahidə kameraları tərəfindən çəkilib.
Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik.
Şöbə rəisi virtualaz.org-a bu barədə danışmağa çətinlik çəkdiyini dedi: «İndiki qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-familyası mənimlə eynidir. Hazırda «ekologiya postu»undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur», - deyə şöbə rəisi bildirib.
Xatırladaq ki, qəza hadisəsi ötən gün gecə saatlarında baş verib. N. Allahverdiyevin yanan avtomobildən son anda özünü ataraq xilas olduğu və əllərinin yandığı bildirilir. O, hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Xəstəxana mənbələrindən isə bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Nail Allaverdiyevin avtmobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən baş nazirin müavininin nəvəsinin qara rəngli, 10 PP 203 dövlət nömrə nişanlı «Mercedes Gelandewagen»lə yanaşı eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli «Gelandewagen» arxası üstə aşmış vəziyyətdə görünür. Yəni bu, Nail Allaverdiyevin «Gelandewagen»lə törətdiyi birinci qəza deyil.