vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
15:26 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qeyri-ciddilik və axmaqlıqdır»

Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarından başlayaraq, bəzi az oxunan saytlar və blogerlər belə bir məlumat yayıblar ki. guya Heydər Əliyev prospektində baş verm iş səs-küylü avtomobil qəzasının ikinci iştirakçısı Mirməhəmməd İsmayılov sərbəst buraxılıb.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin keçmiş rəis müavini, mayor Əlövsət İsmayılovun oğlu özünün «Mazda» (99 FS 777) markalı maşını ilə Nail Allahverdiyevə məxsus «Mercedes Gеlаndewagen»lə ötüşüb. Ötüşmə faciə ilə nəticələnib.

Dünən DİN və Baş Prokurorluq birgə məlumatla çıxış edərək bildirmişdilər ki, A.İsmayılov 1 ay müddətinə inzibati həbs edilib.

Bu gün isə bəzi saytlar və bloqqerlər bu məlumatın doğruluğunu təkzib etmək fikrinə düşüblər və bildiriblər ki. guya A.İsmayılov həbs edilməyib və avqustun 17-si keçiriləcək toyuna hazırlaşır.

«İki nüfuzlu hüquq-mühafizə orqanının bəyanatını təkzib etmək məsuliyyətsizlikdir. Əlbəttə ki, A.İsmayılov həbs edilib», - bunu virtualaz.org-a Azərbaycan DİN-də bildiriblər.

«Bu cür məlumatın yayılması qeyri-ciddilik və axmaqlıqdır», - bunu isə virttualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən deyiblər.