vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
12:45 | 11 avqust 2017 | Cümə Məqaləyə 2387 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft qiyməti «oynayır»

OPEK-in bəyanatının təsiri bir neçə saat çəkdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin qiymətləri ilə bağlı gözləntilər özünü doğruldub. APA TV-nin məlumatına görə, OPEK-in aylıq hesabatı açıqlandıqdan sonra neft bahalaşsa da, bu müvəqqəti xarakter daşıyıb.

Bir neçə psixoloji amilin təsiri ilə formalaşan qiymətlərdə yenidən tarazlıq yaranıb. Birjaların son iş günündə «Brent» neftinin qiyməti 51,45 dollar olub, Qərbi Texas nefti isə 48,17 dollardan satılıb.

Qiymətlərin 2 dollardan çox ucuzlaşmasının əsas səbəbi  birja iştirakçılarının OPEK ölkələrində hasilatın artacağından ehtiyat etməsidir. Liviya və Nigeriyada gündəlik hasilatın müvafiq olaraq 1 milyon və 1, 75 milyon barelə çatması bazarda təklifin tələbatı üstələyəcəyi ehtimalı yaradır.

Bu gün Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatı açıqlanacaq. «Baker Hughes» şirkəti isə ABŞ və Kanadada şist nefti hasilatında iştirak edən buruqların sayına dair hesabat dərc edəcək. Hər iki sənəd bu gün neftin qiymətini müəyyənləşdirəcək əsas amillər olacaq. 

Qeyd edək ki, birjalarda həftənin ticarət sessiyaları bu gün başa çatır. Birjalar fəaliyyətini bazar ertəsi bərpa edəcək.