vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
23:28 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEK-in planları pozulur

Neft bazarında qeyri-müəyyənlik davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Şənbə günü satışlarında «Brent» markalı neft 51,99 dollardan satılıb. Qərbi Texas nefti isə 48,77 dollara təklif edilib. APA TV-nin məlumatına görə, cümə günü ilə müqayisədə qiymətlərdə bahalaşma qeydə alınıb.

Lakin bu bahalaşmanın müvəqqəti xarakter daşıdığını söyləmək olar.

Beynəlxalq Enerji Agentliyi Çin və Hindistan da daxil bir neçə inkişaf etmiş ölkədə neft ehtiyacının təxminlərdən az olduğunu açıqlayıb. Bununla da OPEK-in 2017-ci ilin ikinci yarısı üçün təxminləri özünü doğrultmayıb.

Hesabatda dünyanın bir çox əsas neft istehlakçısı olan ölkəsində ehtiyatların düşünüldüyündən çox olduğu açıqlanıb.

Eyni zamanda OPEK və hasilatı azaltmağa söz vermiş qeyri-kartel ölkələrinin razılaşmaya əməl edəcəyində şübhələr var. Bütün bu sadalananların qiymətlərin düşməsinə səbəb olacağı gözlənilir.