vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
13:00 | 22 yanvar 2014 | Çərşənbə Məqaləyə 3259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qənirə Paşayevaya təxribat

Millət vəkili: «Ən böyük əxlaqsızlıq və tərbiyəsizlikdir»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili Qənirə Paşayeva təxribatla üzləşib. Bu barədə Paşayeva ictimaiyyətə müraciət edib. «Ötən gün kimlərsə mənim rəsmi Twitter hesabımın parolunu oğurlayaraq, özəl mesaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıqlarının şahidi olduq. Yazılan mesajı həmən tamam silməyi unutduqlarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam odur ki, son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər!) mənim özəl mesaj qutumdan kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə, mütləq bizə xəbər verin.

Qeyd edim ki, mən ümumiyyətlə özəl mesaj qutusundan nadir istifadə edirəm». 
Millət vəkili bildirib ki, mütəxəssislərin dəstəyi ilə artıq Twitter hesabının güvənliyi daha da artırılıb. 
«Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən böyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təəssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik». 
Qənirə Paşayeva sosial şəbəkələrdəki dostlarına müraciət edərək bildirib ki, «GaniraP» onun tək rəsmi Twitter hesabıdır.
«Təəssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa Twitter və çoxlu sayda Facebook hesabları açıblar. Mənim tək Facebook hesabım belədir: Ganire Pashayeva. Digər hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Artıq bu hesablarla bağlı və baş verən hadisə ilə bağlı araşdırma aparılması və tədbirlər görülməsi üçün əlaqədar dövlət qurumlarına müraciət bu gün göndərildi.
Ümid edirəm ki, adıma saxta Twitter və Facebook hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq, bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var...»