vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
11:45 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qatarların altından kanalizasiya arxları

Bakının bu hissəsində dəmiryolu xətti boyunca zibil təpələri üfunət saçır

Ülviyyə XUDUZADƏ, Foto Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Keşlədə son illər salınan məhəllələrdə kanalizasiya sistemi olmadığından, çirkab sular birbaşa dəmiryol xəttinə axıdılır. İlin bütün fəsillərində küçədə kiçik gölməçələrə rast gəlmək mümkündür. Söhbət Bakı şəhərindəki Nizami rayonu, Keşlə qəsəbəsi, Nəvai küçəsindən gedir.

Babək prospekti ilə şəhər istiqamətində yolun sağında bir neçə məhəllə var. Dəmiryolu xətti məhəllələri iki yerə ayırıb - bir yanda məcburi köçkünlər, digər yanda yerli sakinlər yaşayır. Küçə boyu zibil konteynerlərinə rast gəlinmir. Sakinlər də əziyyət çəkib uzaq yol qət etmirlər, tullantılar dəmiryolu xəttinin üstünə atılır. Ən yaxşı halda isə qalaqlanıb qalmış zibil yandırılır.

«Yaxşı ki, yaşıllıq örtüb - nə kanalizasiya, nə də zibilliklər kənardan görünmür. Amma üfunətdən evdə oturmaq mümkün deyil», - Asif adlı sakin deyir. Onun sözlərinə görə, yerli sakinlər köçkünləri, ikincilər isə yerliləri günahlandırır. Fakt isə odur ki, zibillik körpünün altına, yəni dəmiryolu ərazisinə tullanır. 

«Şanxay» adlanan qəsəbədən fərqli olaraq, Nəvai küçəsində dəmiryolu sakinlər üçün təhlükə törətmir. Əksinə, evlərdən axan kanalizasiya və tullantılar dəmiryolu üçün təhlükə yaradır. Yayın cırhacırında, qızamr günəş altında belə dəmiryolu xətti suyun içindədir, hər gün isə qatar işləyir.

«Başqa çıxış yolu yoxdur, çirkab hara isə axıdılmalıdır. Ya gərək kanalizasiya çəkilsin, ya da evlər köçürülsün», -sakinlərdən biri deyir.

Ərazidə yaşayan qaçqın ailələri qeydiyyata alınıb. Onlar köçürüləndən sonra bir-birinə bitişik tikilmiş evlər söküləcək. Sakinlərin sözlərinə görə, yaxınlıqda kiçik müəssisələr, MMC-lər yerləşir. Gələcəkdə Keşlənin abadlaşdırılması, gecəqonduların köçürülməsi nəzərdə tutulub. Sakinlər də ümidlərini gələcəyə bağlayıb, nə vaxtsa gerçəkləşəcək tədbirləri gözləyirlər. Hələlik isə dəmiryolu xətti boyunca zibil təpələri üfunət saçır.