
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Ekspertlər siyasəti günahlandırır
Avropada yeni “COVİD-19” variantı “Stratus” dominant vəziyyətə gəldi
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Diplomatik gərginlik artır
Avropa Komissiyası adaya maliyyə dəstəyini ikiqat artırdı
Azərbaycan ilə Çin universitetləri arasında ilk ikili diplom proqramının icrasına başlanılıb
“Bir ölkənin apardığı ticarət müharibələri dünya iqtisadiyyatının tarazlığını pozur”
Proses hara gedir, Azərbaycan nə istəyir?
Çin avqustda nadir torpaq metalları ixracını aşağı salıb
Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyir
Növbəti koronavirus dalğası başladı
Virusun yayılma gücü bir çox ölkədə, o cümlədən Azərbaycanda azalarkən koronavirus Çinə yenidən qayıdıb. 25 milyon əhalisi olan Şanxay şəhərində gündəlik yoluxma sayı 20 minə çatıb. Bu, koronavirus ilk dəfə Çində qeydə alındığından dəfələrlə çoxdur. Çin hakimiyyəti iki il öncə olduğu kimi kütləvi şəkildə əhalinin məcburi test edilməsinə başlayıb. Çin hökuməti eyni zamanda şəhərin milyonlarla sakininə evdən çıxışa qadağa qoyub. Faktiki aprelin 8-dən Şanxay hərbi rejimə keçib. Şəhərə ordu birlikləri yeridilib. Çünki qadağalara etiraz edənlər küçələrə çıxmağa çalışırlar. Xəstələri böyük stadionlarda yerləşdirirlər.
BBC-nin məlumatına görə şəhər əhalisi ərzaq və dərman almaqda çətinlik çəkir. İnsanlar ərzağın evlərə çatdırılma xidmətlərindən istifadə edirlər. Ancaq sifariş o qədər çoxdur ki, çatdırılma şirkətləri bu yükün altından çıxa bilmirlər. Şanxayda çatdırılma xidmətlərinin 11 min əməkdaşı 25 milyon insanın sifarişini yerinə yetirə bilmir. Nəticədə Şanxay kimi böyük və müasir şəhərdə aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Şanxay sakinlərindən birinin sosial şəbəkədə yazdığına görə 17 gündür karantindədir və qidalanmayla bağlı ciddi problemlərlə üzləşib. Problemi gərginləşdirən həm də odur ki, Şanxayın evlərinə qapadılan yaşlı sakinləri mobil telefon və internetdən istifadə edə bilmirlər və nəticədə onlar çatdırılma xidmətlərin imkanlarından istifadə edə bilmirlər.
Şanxay Çin iqtisadiyyatının lokomotivi sayılır. Ona görə Şanxaydakı ağır vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Rusiya, İran və Venesuelaya məxsus neftlə dolu tankerlər Çinin sahillərinə yaxınlaşa bilmirlər. Söhbət təxminən 22 milyon barel neftdən gedir. Şanxaydakı durum göstərir ki, Çinin iki il əvvəl həyata keçirməyə başladığı qapanma siyasətinin nəticəsi yox idi. Ancaq digər dövlətlər ötən dəfəki səhvi təkrarlamamaq üçün Çinlə gediş-gəlişə nəzarət etmək məcburiyyətindədirlər.