«Burda mənəm, Bağdadda kor xəlifə»
Baş katib Nizamnaməni ayaqladı – Vahabzadəni qovan AFFA, Lippert niyə qoruyur?
FƏRİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
AFFA Yaşar Vahabzadəni istefaya göndərdi. Yox, qovdu! Qarşılıqlı razılıqla müqaviləyə xitam verilməsi də boş və yalan söhbətdi. Sadəcə, təqdimat hörmətlidi. Əslində isə ictimai qınaqdan sonra kimisə qurban vermək lazım idi, o da Vahabzadə oldu.
AFFA-nın saytındakı rəsmi məlumatda deyilir: «21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsrail – Azərbaycan və Azərbaycan – İrlandiya oyunları ilə bağlı bu gün yığmamızın baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadənin Azərbaycan U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib».
Yalandı. Hətta Vahabzadənin açıqlaması da quramadı.
«Millidən ayrılmağım qarşılıqlı razılıq əsasında oldu. Rəhbərliklə oturub, söhbət etdik. Hesabat verdim. Məsələni müzakirə etdikdən sonra qərar qəbul olundu ki, getmək lazımdı. Yerimə kimin gətiriləcəyini bilmirəm. Fakt budu ki, komanda son oyunlarda zəif təsir bağışladı. Deməli, nəsə dəyişiklik etmək lazımdı. Rəhbərlik düz qərar qəbul etdi. Milli son matçlarda niyə zəif çıxış etdi? Çünki futbolçular oynamırlar. Çempionatda iştirak etmirlər».
İndi də Yaşar bəyin İrlandiya ilə oyundan sonrakı mətbuat konfransından seçmələrə diqqət yetirək: «İsraillə oyundakı məğlubiyyətdən sonra uşaqlar özünü yaxşı göstərməyə çalışdılar. İlk hissədə pis oynamadıq. Ancaq hətta uşaqların belə etmədiyi səhvlər edərək iki qol buraxdıq. İkinci hissədə isə qırmızı vərəqə aldıq, bununla da, oyunun axarı dəyişdi. Bu legionerlərin dəvət olunmasına səbəb rəqabətin yaradılmasıdı. Çempionatda da özünü göstərən oyunçulara şans veririk. Ancaq indiki halda heyətlə bağlı problemlərimiz var. Mən oyunçuya ancaq taktiki gedişləri deyə bilərəm. Top saxlamağı onlara öyrədə bilmərəm axı. İsraillə oyunda iki dəfə topu onlara özümüz verdik ki, «gedin qol vurun». Ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı. Hücumda bircə Mahir var. Müdafiəçilərin heç biri əsas heyətdə oynamır. Elə olur, eyni mövqeyə 3 oyunçu dəvət edirəm. Bu oyunçulara təcrübə lazımdı. Çox oynamalıdılar. Bəzi oyunçular var ki, limitə görə klublarında oynasalar da, orda da zəif çıxış edirlər. Bunu deməklə özümə bəraət qazandırmaq istəmirəm. Ancaq reallıq budu».
Vahabzadə bu açıqlaması ilə AFFA-nı da ifşa etmişdi. Yəni ki, ölkədə futbolçu yetişmir. Bunun günahkarı isə birbaşa futbol qurumudu. Deməli, Vahabzadə AFFA-nın düzgün işləmədiyini deyib. Və bunu ona bağışlamadılar. Amma onun cəsarəti çatmadı desin ki, AFFA-nın baş katibi Elxan Məmmədovun və onun menecer dəstəsinin milliləşdirib gətirdiyi əcnəbilər də klublarında az oynayır. Desəydi, daimi ofsayda düşərdi, indiki halda isə 5-6 ay istirahət edib, boşalacaq hansısa posta gözünü dikəcək, mərhəmət istəyəcək.
Vahabzadə qurban seçildi. Bəli, günahkardı, amma günahın 10-15 faizi ondadı, əsas suçlu sistem qura bilməyən AFFA-dı. Qurum normal işləsəydi, futbolçu seçimində bolluq olar, rəqabət yaranardı. Amma Vahabzadə bunu halvası çalınandan sonra yox, işlədiyi vaxt deməliydi. Bu gün onun dediyi həqiqətlər artıq bəhanə sayılır.
Vahabzadə getdi, bəs, Bernard Lippert niyə postunda qalır? Axı, aylıq 30 MİN AVRO (!!!) alan bu alman 10 ildi AFFA-da işləyir və birbaşa aşağı yaş qruplarından ibarət millilərə cavabdehdi. Heyətə qoymağa oyunçu yoxdursa, işlər düz getməyibsə, əvvəlcə bu adam qovulmamalıdımı? O kimdi, hansı xidmətlərin sahibidi ki, bu qədər əzizlənir?
Həm də Elxan Məmmədov kimdir ki, məşqçi yola salsın? Baş katib həmişə çətin vəziyyətə düşəndə İcraiyyə Komitəsini nişan verir, bəs, bu gün niyə ali orqan yada düşmədi? Axı, AFFA Nizamnaməsinin 38-ci maddəsinin «C» bəndində aydın yazılıb ki,
«Milli komandalar üçün məşqçiləri və digər texniki heyəti təyin etmək və vəzifədən azad etmək».
yalnız İcraiyyə Komitəsinin səlahiyyətinə daxildi. Yoxsa baş katib artıq Rövnəq Abdullayevi, İsgəndər Cavadovu, Kazbek Tuayevi, Elmar Məmmədyarovu, Elşad Nəsirovu, Rauf Əliyevi və başqalarını saya salmır?
Bu siyahıya Vaqif Sadıqovun da adını yaza bilərdik, axı, o da İK üzvüdü. Amma lazım deyil, çünki «Burda mənəm, Bağdadda kor xəlifə» məntiqli Məmmədovun onu ümumiyyətlə, hesaba almadığı bəllidi. Sadıqovun Vahabzadə haqda «Unutmayaq ki, İslam Oyunlarında qalib olan məşqçidən danışırıq» açıqlamasından dəqiqələr sonra AFFA bu qərarı verdi. Deməli, qondarma Məşqçilər Komitəsinin, onun sədrinin fikri Elxan Məmmədovun vecinə deyil. Bu adamların işi maaş alıb, susmaqdı. (futbolinfo.az)