vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
15:18 | 11 iyul 2019 | Cümə axşamı Məqaləyə 22798 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dalana dirənən futbol...

... Yaxud sorağı gəlməyən istedad

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər hansı ölkənin futbol təsərüfatının başlıca inkişaf göstəricilərindən biri də onun yetişdirdiyi, ərsəyə gətirdiyi istedadlardır.

Van de Bek, Dani de Vit, Noa Lanq, de Yonq, de Liqt adları sizə nəsə deyirmi? Bəli, bunlar “Ayaks” klubunun oyunçularıdır. İndi onları bütün dünya tanıyır. Bu futbolçuların rəşadəti, könülləri fəth edən möhtəşəm oyunu sayəsində Hollandiya klubu, Kroyfun “Total futbol” ənənələrinə söykənən əzəli şöhrətini qaytarmaq ərəfəsindədir. Gənc istedadların hansı bacarığa, ustalığa, potensiala malik olduqlarını artıq “Real”, “Yuventus” kimi klublar öz dərilərində hiss ediblər.

Bax, Rusiyada, Belorusiyada, Probaltika ölkələrində il boyu qışdır, qardır, borandır. Şaxtanın mənfi hərarəti 50 dərəcəyə çatır. Bu ölkələrdə futbolun təbliği, populyar olması üçün min dənə tədbir, beynəlxalq yarışlar, Avropa, dünya birincilikləri keçirilir, fəqət çifayda. Ən yaxşısı odur ki, qoy xokkeylərini oynayıb, xizəklərini burcutsunlar. Nə bilim, kirşə sürüb, sürüşsünlər.

Amma bizdə oyunçu, futbolçu yetişdirmək üçün belə çətinliklər, sədd keçilməzliklər, maneələr yoxdur axı!? Elə təbii qurşaqda yerləşirik ki, İlin demək olar bütün mövsümləri futbol üçün əlverişli sayılır.

Keçmiş Sovetlər məkanının vaxtı ilə xarici ölkələrdə parlamış on ən yaxşı oyunçusu siyahısına nəzər yetirirəm.

Burada gürcü də (Kaxa Kaladze) var, rus (Pavlyuçenko, Arşavin, Çerışev) da  var, ukraynalı da (Rebrov, Şevçenko) var, belarus da (Aleksandr Qleb), hətta erməni də. Amma,  azərbaycanlıdan başqa.

Erməni futbolçu Henrix Mxitaryan dünyaca məşhur oyunçu, çilili Aleksis Sançeslə dəyişdirilərək İngiltərənin məşhur “Arsenal” klubuna keçdi. Bu oyunçunun klub karyerası üzrə inkişafına  nəzər salaq: “Pünik”, “Metallurq”, “Şaxtyor Donetsk”, “Borussiya Dortmund”, “Mançester Yunayted”, “Arsenal”. Yəni, hardan haraya!?

Bu oyunçunun titul üzrə göstəriciləri kifayət qədər diqqət çəkicidir: 3 dəfə Ukrayna çempionu, 2 dəfə Almaniya superkubokunun sahibi olub, 1 dəfə İngiltərə superkuboku qazanıb, 1 dəfə də “Avroliqa” kubokunu başı üzərinə qaldırıb.

Halbuki bu oyunçu,  2006-cı ilin 20 yanvarında “Birlik kuboku”nun yarımfinalında  “Neftçi”ylə oynamaqdan imtina edərək, gizlicə aradan çıxan “Pünik”in heyətində yer almışdı.

Bəs, bizim oyunçulardan, futbol yetirmələrindən indiyə qədər  qazanılması bir tərəfə, heç olmasa bu nailiyyətlərə yaxınlaşa biləni olubmu?

Yaddaşımı qurdalayıb,  Vaqif Cavadovun “Tvente”nin əsas heyətində uğursuz möhkəmlənmə cəhdini xatırlayıram.

Hə, bir də ola bilsin Kamran Ağayevin “Boavişta”dakı qısamüddətli karyerasını fərqləndirmək mümkündür. Vəssalam-şüttəmam.

Onlar da böyük beşliyə (İtaliya, İspaniya, Fransa, Almaniya, İngiltərə) daxil olmayan ölkələr.

Bəs niyə, nə səbəbə, müstəqiliyimizdən üzü bəri dünya miqyasında, peşəkar səviyyədə normal, rəqabətə davamlı oyunçu, qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu yetişdirə bilmirik!?

Bəs bizim bir neçə il əvvəl böyük ümidlərlə “Milan”ın, “Mançester Yunayted”in, “Atletiko”nun məşhur futbol məktəblərinə, dəri top akademiyalarına göndərdiyimiz yeniyetmə və gənclərin taleyi necə oldu?

Futbol üçün əlverişli iqlim şəraiti, istedadlar potensialı olan ölkədə işlər görəsən nəyə görə yerində sayır, dalana dirənir?

Göründüyü kimi qəzeyi-qal, vəziyyəti-hal heç də ürəkaçan deyil və bu gedişlə yaxın gələcəkdə nəinki  böyük beşliyə daxil olan ölkələrdə, heç Türkiyə və Rusiya çempionatlarında da  azərbaycanlı oyunçuların görünməsi, seçilməsi müşkülə çevriləcəkdir.

Vüsal BAĞIRLI


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)