Tələ və perspektiv
AFFA rəhbərliyi yaratdıqları zibilliyi Rəşad Sadıqov vasitəsilə ört-basdır etmək istəyir
FƏRİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əzmkarlıq, dirəniş
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
«Qarabağ» AFFA-ya əməlli-başlı başağrıdı. Şuralaşma ideyası ilə bu klubu dağıda bilmədilər və «atlılar» faktiki nümunəyə, etalona çevrildi. AFFA-nın baş katibi Elxan Məmmədovun ideya müəllifi olduğu və yuxari dairələri inandırdığı sistemin fiaskoya uğradığı bir zamanda, «Qarabağ»ın simasında inanılmaz uğurlar qazanan yeni model daha cazibədar görünür.
Ölkə rəhbərliyi də artıq boş vədlərin və real nəticənin fərqindədir. Prezidentin «Qarabağ»ı qəbul etdiyi zaman sərgilədiyi münasibət, göstərdiyi ilgi artıq əsl işgörənləri yaxşı tanıdığının nümunəsi idi. Kluba və AFFA-ya fərqli münasibət, uğuru yalnız «Qarabağ»a yaraşdırması assosiasiyaya ciddi siqnal sayılmalıdır.
Bu uğurda AFFA prezidenti Rövnəq Abdullayevin də cüzi xidməti var. Çünki Qurban Qurbanova məşqçilikdə şans verən, onu dəstəkləyən məhz o zaman «Neftçi»nin rəhbəri işləyən bu şəxs olub. Amma böyük uğurlarda əsas pay sahibi Qurbanova sonsuz inam göstərən Ağdam klubu rəhbərliyidi. Onların iş strukturu, düzgün davranışı Çempionlar Liqasının qrupuna vəsiqəni gətirdi.
Amma AFFA-dakı işbazlar da boş oturmur. Onlar indi prezidentin xüsusi diqqət ayırdığı, müsbət imici bir az da yüksələn Rəşad Sadıqovu tora salmaq istəyirlər. Bununla həm Qurban Qurbanovu əsas dayağından məhrum etməklə kluba növbəti təzyiq yolu seçiblər, həm də öz zibillərini onun personası sayəsində təmizləmək niyyətindədilər.
Sadıqovun «Neftçi»yə və ya U-21-ə baş məşqçi gətirilməsi ilə bağlı xəbərlər boşuna yayılmayıb. AFFA-nın başını ağrıdan, baş məşqçi vəzifəsi vakant olan 2 problemli komandadan birini Rəşada etibar etməklə guya ki, millinin kapitanına qayğı göstərir, ona diqqət göstərirlər. Əslində isə Sadıqov hələ «Neftçi»nin yükünü çəkəcək qədər bişməyib. Hə, U-21-də işləyə bilər, hətta bir müddət uğursuzluqlar da onun personasına görə gözə görünməz. Lakin sonrası Sadıqovun xərclənməsinə hesablanıb.
Sadıqov ağıllı biridir. Bizim tanıdığımız Rəşad indiki rəhbərliyin olduğu «Neftçi»yə getməz. Çünki bataqlıqda olan klubu onun imici də xilas etməyəcək, zamanla özü də gözdən düşəcək. Elxan Məmmədov əlindən çıxmaqda olan klubu bu jestlə saxlamaq istəyir. Çünki Sadıqova görə kluba diqqətin artırılması, təzyiqlərin azalması mümkündür.
Bununla belə, əminik ki, Sadıqov Məmmədov klanının adamı deyil və belə səhv etməyəcək. U-21 variantı isə mümkündür və perspektivlidir. Çünki Rəşad millinin son matçından sonra da bildirib ki, karyerasını bitirmək haqda düşünür. Məşqçilikdə PRO kateqoriyasını almaq üzrə olan birinin bu açıqlaması əslində, təkliflər gözləməsinin xəbərçisidir. Millidə işləmək isə əks-həmlədir. Bu posta təyinat reallaşsa, baş katibin birbaşa cavabdeh olduğu dəstəyə də «yadplanetli» düşəcək.
Amma Məmmədov bu riskə getməyə məcburdur. Ölkə başçısının dəstək verdiyi birisinə göstərilən diqqət - hər nə qədər məqsədli olsa da - , indiki zamanda vəziyyətdən çıxmaq üçün yeganə ümid yeridi. O başqa məsələ ki, Sadıqovun təyinatından sonra Qurban Qurbanovun əsas milliyə yolu bir az da açılacaq və artıq baş katib də çoxdan reallaşmalı olan təyinata əngəl törədə bilməyəcək. Lakin indiki halda manevr etmək lazımdı və baş katib buna razıdır. İşin qalanı Rəşaddan asılıdır – o, tora düşməsə, ölkə futbolunun baş katibin dəstəsinin əlindən xilası üçün əsas simaya çevriləcək.
Rəşad Sadıqovun təyinatı tezliklə reallaşacaq. ÇL-in qrupunda oynadıqdan sonra karyerasını bitirəcəyi gözlənilən kapitan bu 2 təklifdən birinə - yəqin ki, U-21-ə gəlməyə «hə» deyəcək. «Qarabağ»ın U-19 komandasını çempion etməklə məşqçilik bacarığını da göstərən müdafiəçi cəlbedici simadır – həm personası, həm bacarığı ilə. Təki seçimdə səhv etməsin və tora düşməsin… (futbolinfo.az)