vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
10:47 | 8 sentyabr 2017 | Cümə Məqaləyə 2573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-dan anormal yenilik

Uşaq futboluna bundan böyük zərbə ola bilməz

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA yeniliyə hazırlaşır. Lakin bu addımı da mütərəqqi saymaq olmaz. Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən uşaq liqalarında maraqlı qadağa tətbiq olunacaq. Belə ki, U-19 liqasında yalnız Premyer Liqada və I divizionda mübarizə aparacaq klubların müvafiq komandaları mübarizə apara biləcək. Daha aşağı liqalarda isə istənilən komandanın yarıması mümkündür.

Bu addım divizion komandalarını elitaya hazırlıqlı gəlməsinə hesablanıb. Belə ki, uşaq komandaları baxımından problem yaşayan aşağı dəstə klubları Premyer Liqaya yüksələrkən artıq əvəzedici heyəti qurmaqda çətinliklə üzləşməyəcək. Bu tələbi yerinə yetirməyənlər isə divizionda oynamaq hüququndan məhrum olacaq.

Lakin bu qərarın mənfi cəhəti daha çoxdu. Birbaşa qarşısına gənc və yeniyetmə futbolçu nəsli yetişdirmək hədəfi qoyan komandalar bundan əziyyət çəkəcək. İllərdi bu işlə məşğul olan «Leon», «Bakı», «Azəri» kimi komandalar, müxtəlif UGİM-lər, TİM-lər artıq bu yaşa çatan uşaqlarını başqalarına verməyə məcburdu. Çünki onlara U-19 liqasına kollektiv buraxmaq qadağan edilib. Bu isə birbaşa uşaq futboluna zərbə vurmaq olacaq.