«Bu, ikiqat sevinc olacaq»
Ürfan Abbasov: «Rekordçu olmaq əlavə stimuldur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
-
Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
-
«Deyirdilər ki, Qəbələ futbol bölgəsi deyil»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
-
«Azərbaycan həmişə ürəyimdədi»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
-
Yiyəsiz «Zirə»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Bu oyunda sadəcə, qol çatışmadı»
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
-
Təmkinli sürpriz
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
Pulun var? Gələrsən!
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
-
««Qarabağ»a qarşı daha yaxşı oynadıq, nəinki «Səbail»ə»
Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»
-
«Qəbələ»dən bir oyunda 22 qol
Futbol Akademiyasının yetirmələri U-17, U-16, U-12, U-11 və U-10 çempionatlarında liderdir
-
«Yayda hər şeyi düzgün etdik»
Roman Qriqorçuk: «Tezliklə istədiyimiz səviyyəyə çatacağıq»
-
«Q» yığını
Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz «Qəbələ»?
-
«Doza»dan artıq sevinc
«Neftçi»nin çılğınlığı Bakının yox, Milanın «İnter»ini udması təəssüratı yaradır
Topaz Premyer Liqasının 5-ci turunda «Səbail»lə qarşılaşacaq «Qəbələ» səfər matçına hazırlığı Bakıda davam etdirir. «Qırmızı-qaralar»ın müdafiəçisi Ürfan Abbasov klub saytına açıqlamasında komandanın hazırlığını dəyərləndirib, rəqib və qarşıdakı matç haqda fikirlərini bildirib:
«Səbail»lə qarşılaşmaya ciddi hazırlaşırıq. Bütün matçlar üçün olduğu kimi yenə yüksək səviyyədə hazırlıq keçirik. Komandada yüksək əhval-ruhiyyə var. Rəqib yeni heyətə malik olsa da, çox yaxşı komandadı. «Səbail»in təkcə çempionat deyil, hətta yoxlama oyununu da izləmişəm. Vuruşan, hər top uğrunda mübarizə aparan, çox istəkli komandadı. Təbii ki, bizimlə görüşdə də xal qazanmağa çalışacaqlar. Bütün rəqiblər çempionatın hər qarşılaşmasında var qüvvəsi ilə mübarizə aparır. Buna baxmayaraq, biz də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfər oyunundan qələbə ilə dönək. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik».
Abbasov ilk 4 turdan sonra 7 xal toplayan komandasının çıxışını da dəyərləndirib: «Çempionatın 4 turu arxada qalıb. Yeni mövsümün böyük hissəsi hələ irəlidədi. Komandamızda yeni oyunçular olduğundan hazırda uyğunlaşma prosesi gedir. Bir müddət vaxta ehtiyac var. Düşünürəm ki, tezliklə istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Düzdü, komandanın indiki oyununu da müsbət dəyərləndirirəm. Amma daha effektli çıxış etməyimiz üçün zaman lazımdı».
Həm ötən turun «Zirə», həm də qarşıdakı turun «Səbail»lə qarşılaşması Ürfan üçün əlamətdar olacaq. Çünki 4-cü turun qarşılaşması müdafiəçinin «Qəbələ»nin heyətində 161-ci oyunu olub. Bununla da Abbasov «qırmızı-qaralar»ın rekordçusu Dodoya çatıb. 2012-ci ildən bu komandada çıxış edən arxa xətt oyunçusu Premyer Liqada 130, Azərbaycan kubokunda 18, avrokuboklarda 13 görüş keçirib. Hesabında 3 qol olan Ürfan «Zirə» ilə matçda meydana çıxmaqla mütləq rekordçu olacaq. Futbolçu klubun tarixində ən çox qarşılaşmaya çıxan oyunçu olması barədə də danışıb:
«Bu, mənim üçün çox sevindiricidi. «Qəbələ»də ən çox oyun keçirən futbolçu olmaq əlavə məsuliyyət, əlavə stimuldur. Artıq «Səbail»lə görüşdə Dodonun göstəricisini arxada qoyub, mütləq rekordçu olmaq xoşdur. İnanıram ki, bunun ardı gələcək və daha oyun keçirib, komandamızla daha çox uğur qazanacağam. Rekordun rəsmiləşəcəyi «Səbail»lə görüşdə qazanılacaq qələbə ilə bu ikiqat sevinc olacaq».