vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
09:04 | 21 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 2028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azerlight» yenə ən bahalıdır

58 sent bahalaşan qara qızılımızın qiyməti 58 dollara yaxınlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin («Azerlight») qiyməti sentyabrın 19-da 57,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,58 dollar/barel çoxdur. VAXT.AZ xəbər verir ki, bu barədə «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən «URALS» neftinin qiyməti sentyabrın 19-da 53,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 56,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.