Kimdir günahkar?
AFFA, «Qarabağ», yoxsa...
Elnur HƏMİDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
Azərbaycan çempionatında legioner limiti həmişə əsas mübahisə obyekti olub. Bəziləri yerli futbolçuların rəqabət qabiliyyətinin artırılması üçün limitin ləğvinin tərəfindədirsə, bəziləri gənclərin təcrübə qazanmasını əsas gətirərək, hazırkı limiti dəstəkləyir. Limitin ləğvinin tərəfində bəzi klub rəhbərləri də var. Onlar hazırda ölkənin ən səviyyəli yerli oyunçularının «Qarabağ»da cəmləşdiyini əsas gətirərək, bunun balansı pozduğunu iddia edirlər. Azərbaycan Premyer Liqasının əsasnaməsində hazırkı limit 6+4+1-di (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Bundan əlavə, matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun olması mütləqdir.
Bəs doğrudanmı ölkə çempionatındakı hazırkı limitə dəyişiklik etməyə ehtiyac var? Komanda.az bu suala cavab tapmaq məqsədi ilə ölkə futbol ictimaiyyətinə müraciət etdi. Suallarımız isə belə oldu:
- Sizcə, Azərbaycan futbolunda legioner limitinə ehtiyac varmı?
- İddialı klubların ölkədəki az-çox normal səviyyədə olan yerli futbolçuların «Qarabağ»a toplaşmasından şikayətlənməsinə necə baxırsız?
- Sizcə, doğrudanmı bu, balansı pozur?
Mahir Rüstəmli, «Futbol+» qəzetinin baş redaktoru: «Təbii ki, limitə ehtiyac var. Limit olmayacağı halda komandalar heyətini ucuz legionerlərlə dolduracaq ki, nəticədə əsas yığma və U-21 səviyyəli futbolçu tapmaqda çətinlik çəkəcək. Dediyiniz şikayətlərə gəlincə, təbii ki, bu, məsələyə qeyri-ciddi yanaşmadı. Şikayətlənən 5 manat artıq pul təklif etməklə istənilən futbolçunu «Qarabağ»dan oğurlaya bilər. İşləmək, futbolçu yetişdirmək istəməyən klubların gözünə hər şey balansın pozulması kimi görünür. Futbolda sabitlik anlayışı böyük əhəmiyyət daşıyır. Hər yay - transfer pəncərəsi dövründə heyəti büsbütün dəyişməklə normal komanda qurmaq olmaz. Bizim klublar bu həqiqəti anlamalı, futbolçularla daha uzunmüddətli, hədəflərinə uyğun gələn müqavilələr imzalamalıdılar».
Amal Abuşov, «Sport7.az» saytının baş redaktoru: «Legioner limiti 6-cı barmaq kimidir. Kəssən ağrı verir, qalanda da eybəcər görünür. Zaman sübut edir ki, limitin bizə faydası dəymir. Anormal cəmiyyətin futbolu da bütün dünyadan fərqlənir. Halbuki limitdən faydalanmaq olar. «Qarabağ» heç bir qayda pozuntusuna yol verməyib, ona görə də şikayətlənmək yersizdi».
Anar Xanlarov, «Rekord.az» saytının əməkdaşı: «Futbolda ümumiyyətlə limit olmamalıdır. Legioner limiti, yaş limiti və s. Hər zaman buna qarşı olmuşam. Futbolda qaydalar olmalıdır, qadağalar yox. Limiti birdəfəlik yığışdırmaq lazımdı, əks halda heç bir inkişaf getməyəcək. Limitə görə məcburi əsas heyətdə oynayan və 3-4 il bundan qabaq gələcəyin ulduzu kimi təqdim olunan onlarla futbolçu adı çəkmək olar ki, hazırda ya ehtiyatda vaxt keçirirlər, ya da birinci divizionda oynayırlar. Qısa və konkret: limit ləğv olunmalıdır. Kim güclüdür, o da oynasın. Yoxsa yerli futbolçu əlini qoyur qulağının dibinə qəlyan çəkir və bilir ki, həftə sonu onsuz da əsas heyətdə oynayacaq.
O ki qaldı «Qarabağ» məsələsinə, bu məsələdə mən Ağdam klubunu günahlandırmazdım. Bu gün bu klubun pulu hamıdan çoxdur və üzdə olan bütün istedadlı yerliləri öz heyətinə cəlb edir. Niyyətlər müxtəlif ola bilər. «Qarabağ» həmin futbolçuları həqiqətən ehtiyacı olduğu üçün və ya sadəcə, digər klubları zəiflətmək üçün də heyətinə qata bilər. Hər iki halda buna görə klubu qınamaq olmaz. Azərbaycan futbolçusu pulu düşünür, kim harada 5 manat artıq verir, ora qaçacaq. Ağlı olan futbolçu karyerasını düşünüb, bir az səbr etməlidir. Şəxsən mən bu gün «İnter»də və ya «Sumqayıt»da ayda 5 min manat alsam və daimi əsas heyətdə oynayıb, günü-gündən artırsam, heç vaxt «Qarabağ»ın 15 minlik təklifinə «hə» demərəm. Çünki 15 min alıb «Qarabağ»a gedə bilərəm, amma orda ehtiyatda oturub həm oyun praktikamı itirəcəm, həm formadan düşəcəm, həm də bir ildən sonra qiymətimi 5 minə salacam. Yox, «İnter»də və «Sumqayıt»da qalıb oynamaqda davam eləsəm, bir ildən sonra daha da artıracam və qiymətimi 5 mindən 25-ə qaldıracam. Bu məsələdə həmişə birmənalı olaraq futbolçuları günahlandırmışam».
İxtiyar Əsgərov, «Apasport.az» saytının baş redaktoru: «Fikrimcə, limitə ehtiyac yoxdur. «Qarabağ», «Qəbələ» və ya digər klublarda limitə görə heyətə düşən futbolçuların böyük əksəriyyəti gətirilən legionerlərlə ayaqlaşa bilmir, hətta deyərdim legioner limiti tətbiq olunandan çempionatın səviyyəsi aşağı düşüb».
Tahir Süleymanov, sabiq hakim, futbol mütəxəssisi: «1. Azərbaycan futbolunda ilk olaraq peşəkar idarəçiliyə ehtiyac var. Ölkə futbolunda legioner limiti «yoxdur». 6+5 limit olduğu halda klublar mövsüm ərzində istənilən sayda əcnəbi futbolçunu komandaya dəvət edə bilər. Ən böyük anormallıq budu. Son 10-12 ildə, «yağ-bal» dönəmində bir çox klublar mövsümdə 25-30 legionerdən istifadə edirdi. Legioner limitini bilmirdilər? Bunlar klub idarəçiliyini, futbolu bilməyən və boşluqdan istifadə edən işbazlara yarayırdı. Klubların dağılmasının əsas səbəblərindən biri bu oldu. Federasiya 6-5 limitini tətbiq etməklə ümumi sifariş vərəqinə maksimum 9-10 legionerin salınmasına dair qərar qəbul etməliydi. Yəqin AFFA-dakı «menecerlər»ə də sərf etmirdi. Klublar dağılıb, 8 komanda qalıb. Belə durumda legioner limitinin ləğv olunması məsələsinin qaldırılması məntiqsizlikdir. Digər tərəfdən də yığmalara kütləvi milliləşdirilmiş futbolçuların cəlb olunması ümumi futbolda anarxiya yaradır. Sistemli, qanunlara söykənən iş görülməlidir. Azərbaycan futbolundakı şərait, ayrılan vəsait Avropada yüksək nəticələr göstərməyə imkan vermir. Avropa birliyi keçmiş SSRİ məkanı kimidi. 20-dən çox ölkənin futbolçuları sərbəst olaraq istənilən ölkə, klubda yerli statusda çıxış edə bilir. İttifaqa daxil olmayan ölkələr bunun hərtərəfli əziyyətini çəkir. Türkiyə, Rusiya kimi nəhəng ölkələr bu imtiyazdan məhrumdur. Klublar rəqabətə dözə bilmirlər. Bu və digər məsələlərə görə qardaş ölkədə limit aradan götürüldü. «Fənərbaxça»nın illik büdcəsi cəm olaraq bütün klublarımızdan qat-qat yüksəkdir. 3-5 milyon büdcəsi olan klublarımıza kütləvi, səviyyəsiz legionerlərin gətirilməsinin nə faydası ola bilər?! Bunlar müzakirə mövzusu olmamalıdır. Müzakirə mövzusu AFFA-da 100 mindən çox futbolçunu kağız üzərində qeydiyyatdan keçirib, 8 komanda, yığmalara futbolçu tapılmaması olmalıdır. Legioner limitinin aradan götürülməsi deyil, məhv edilmiş bölgə futbolunun bərpası gündəmə gətirilməlidir. Bunun üçünsə ilk növbədə futbol idarəçiliyində olan təfəkkür yerində olmalıdır.
2. Klublar «Qarabağ»dan deyil, futbolda olan qanun boşluqlarından, düzgün olmayan klub idarəçiliyindən, özlərindən şikayət edə bilərlər. Klub fəaliyyətində böyük təcrübəsi olan şəxs kimi qısa və tutarlı faktla cavab verim. «Neftçi» dönəmimizdə Elvin Yunuszadə, Araz Abdullayev, Elşən Abdullayev və digərləri «Qarabağ», «Qəbələ»nin heyətində ola bilməzdi. O dövrlərdə də israrla futbolçularımızı digər klublar aparmaq istəyirdilər. Böyük məbləğdə vəsait də ödəyirdilər. Rəqabətə dözənlər çempion heyətdə qalırdı, digərlərini isə klublar pul ödəyib alırdı. Klub rəhbərliyi səviyyəsində təmsil olunan və futboldan anlayışı olmayanlar öz bacarıqsızlığını «Qarabağ»ın istedadlı futbolçuları heyətə cəlb etməsini bəhanə gətirə bilməzlər. Vaxtilə 150 min dollara «Qarabağ»a buraxmadığımız Elşən Abdullayev bir qəpiksiz ağdamlıların düşərgəsinə keçib. Belə halların olması «Qarabağ» seleksionerlərinin fərasəti ilə yanaşı, «Neftçi»də olanların səriştəsizliyi, bacarıqsızlığıdır. Klublar günahı «Qarabağ»da yox, özlərində görməlidilər. «Neftçi»nin yeni baş məşqçisi Tərlan Əhmədovun qeyd etdiyim futbolçularla bağlı fikirləri qeyd etdiklərimə bu gün əyani sübutdur.3. Balansı pozan futbolda olan qohum, dost-tanışların federasiya, klublarda yağlı vəzifələrə yerləşdirilməsidi. Hərə öz bacardığı işlə məşğul olmalıdır».
Ağasəlim Mircavadov, futbol mütəxəssisi: «Ən səviyyəli yerli oyunçuların «Qarabağ»da cəmləşməsi klubun düzgün siyasətinin nəticəsidir. Əlbəttə, klublarda yerli futbolçu çıxış etməlidir. Ancaq onlara xüsusi yer vermək də düzgün deyil. Çünki belə olan halda rəqabətsiz əsas heyətə düşür. Hazırda bu barədə düşünmək olar. Ölkəmizdə legioner məsələsi bir qədər qəribədir. Hətta olur ki, büdcəsi az olan komanda da legioner gətirir. Legioner futbolçu 500-1000 manata oynayar? Şəxsən mən inanmıram. Deməli, belə çıxır ki, legioner üçün pul tapılır, lakin komanda üçün tapılmır. Bilirsiniz, bu, klubun ağıllı siyasətindən asılıdır. Legioner də gətiriləndə, kluba uyğun olmalıdır. Məsələn «Barselona»nı misal kimi göstərə bilərik. Neymar bu klubdan ayrıldıqdan sonra onlar bu futbolçunu əvəz etmək üçün çox axtarış apardılar. Bu klubun ruhuna uyğun oyunçu axtarırdılar.
Legioner sayını artırmaqla heç bir uğura nail olmayacağıq. Əsas odu ki, keyfiyyətli legioner olsun. Bu məsələ geniş müzakirə tələb edir. Müzakirə etmək lazımdı ki, necə edək ki, ölkəyə səviyyəli legionerləri cəlb edək? İngiltərədə bu məsələdə yaxşı şərtlər var. Məsələn, həmin legioner ölkəsinin yığmasında 10-11 oyun keçirməlidir. Onlar bu şərtlərlə ölkəyə keyfiyyətli legionerlərin cəlb edilməsini təmin edirlər. Bizdə belə şərtlər yoxdur. Bu barədə düşünmək lazımdı. Hər legionerə icazə vermək olmaz. Legioner yerli oyunçudan üstün olmalıdır. Bizdə isə elə legionerlər var ki, top saxlamağı belə bilmir. 5 legioner saxlamaqdansa, 3 legioner gətir. Həmin 5-nin pulunu da səviyyəli 3 legionerə ver. Klubda işlədiyim zaman məhz belə edirdik. Nə «Neftçi»də, nə də «Xəzər Lənkəran»da çalışdığım zaman heyətimizdə 9-10 legioner olmurdu. 5-6 legioner olurdu, onlar da yaxşı səviyyədə. Axı şans qazanmayan legionerə nə ehtiyac var?»
Vaqif Sadıqov, AFFA Məşqçilər Komitəsinin sədri: «Səbəb kimi «Qarabağ»ı göstərmək düzgün deyil axı. Məncə, bu, «Qarabağ»ın düzgün siyasətinin nəticəsidir ki, hazırda ən səviyyəli yerli futbolçular bu klubda cəmləşib. Bu klub 3-4 il öncə gənc, istedadlı futbolçuları komandaya cəlb etmişdi. Onlar məhz bu klubda hazır vəziyyətə gəliblər. Ancaq düşünürəm ki, limitlə bağlı fikir mübadiləsinə ehtiyac var.
Start heyətində ən azı bir 21 yaşadək futbolçunun çıxış etməsiylə bağlı qərar da məncə, özünü doğruldub. Bu gün xarici ölkələrin bəzilərində də klubları stimullaşdırmaq üçün öz akademiyasının yetirmələrinə iştirak ərizəsində yer verənlərə hətta bəzi maliyyə güzəştləri də edilir. Bizim üzərimizə düşən əsas vəzifə potensialı olan oyunçulara özünü sübut etmək üçün şans verməkdi. Bununla da, onların millidə özünü göstərməsi üçün şans yaradırıq. 21 yaşadək futbolçuyla bağlı limitin ləğv edilməsinə qarşıyam».