vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
18:37 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1869 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Neft yenidən bahalaşır

Səudiyyə Ərəbistanı hasilatı azaldır, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Birjalarda həftənin ilk seanslarında neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, «Brent» markalı neft 55,77 dollardan satılır, Qərbi Texas nefti isə 49,42 dollara təklif olunur.

İki marka arasında qiymət fərqinin 7 dollara yaxınlaşması OPEK-in qiymətlərin müəyyənləşməsində aparıcı rolunu bərpa etdiyini göstərir.

Neftin bahalaşmasına iki amil ciddi təsir göstərib. Səudiyyə Ərəbistanı neftin qiymətinə dəstək məqsədilə hasilatı azaltmaqda davam edir. Analitiklər bu prosesin gələn ilin əvvəllərinə kimi stabil davam edəcəyini güman edirlər. Bundan başqa, Ər-Riyad «Saudi Aramco» şirkətinin səhmlərinin 5 faizini satışa çıxarmaq niyyətindədir. Bu addım ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq, neft sektoruna əlavə investisiyalar cəlb etmək məqsədi daşıyır.

Qiymətləri bahalaşdıran digər amil ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayının azalması olub. Həftə ərzində belə buruqların sayı 2 ədəd azalaraq 748-ə düşüb. Bundan başqa, «Neyt» qasırğası səbəbilə Luiziana, Missisipi və Alabama ştatlarında neft emalı müəssisələri fəaliyyətini dayandırıb. Qasırğa artıq zəifləməyə başlayıb, emal müəssisələrinin bu gün fəaliyyətini bərpa edəcəyi gözlənilir.