vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QƏZA, FACİƏ  
16:45 | 25 yanvar 2014 | Şənbə Məqaləyə 2180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bina uçdu 2 nəfər öldü

Uçqun altda qalan maşının içərisindən çıxarılan yaralılar xəstəxanaya aparılarkən ambulansda keçinib

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu saatlarda Bakıda faciə baş verib. Musavat.com-un məlumatına görə, Heydər Əliyev prospektində, metronun «Nəriman Nərimanov» stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Hadisə şahidləri musavat.com-a deyib ki, əslində bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir.

Son məlumat da budur ki, uçqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir. 
Əməkdaşımızın verdiyi xəbərə görə, beton plitələr və daşlardan ibarət uşqun iki maşının üstünə düşüb. Maşınlar tam yararsız vəziyyətdədir. Onun içindən iki gənc adamın meyitinin çıxarıldığı bildirilib. Bu şəxslər yolun kənarında maşının içində dayanıblarmış. Ancaq polislər maşınlara yaxınlaşmaq istəyən jurnalistlərə işləmək imkanı yaratmırlar. 
Yol açılıb.

***

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.
Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.
Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

***

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin kimliyi məlum olub.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur. 
Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan “Mitsubishi Pajero” markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C. Bayramlı olub.