vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
18:36 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2915 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Banklar narahatdır

Girov qoyulan evlər sökülür

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Girov qoyulan evlərin plana düşərək sökülməsi kommersiya banklarında ciddi narahatlığa səbəb olub. Bu barədə «Azərbaycan Banklar Assosiasiyası»nda (ABA) ipoteka sistemi ilə bağlı son yeniliklərin müzakirəsi zamanı fikirlər səsləndirilib.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, bankla müştəri arasında bağlanmış müqavilədə girov evlərin ev sahibindən asılı olmayan səbəblərdən sökülməsi hallarında tərəflərin öhdəlikləri müəyyənləşib: «O baxımdan bu hal fors-major hal kimi qiymətləndirilir. Bağlanmış müqavilədə girovun əvəzlənməsi prosesi öz əksini tapmalıdır. Ev girovdursa və sökülürsə, prosesə iki tərəf nəzarət edir: ya dövlət, ya da özəl tikinti şirkəti. Bu zaman girovun əvəzlənməsi baş verməlidir. Amma kredit götürən şəxsin başqa girov təklif etmək imkanı yoxdur, sökülən binanın yerində yenisinin tikilməsi də uzun vaxt alır, bu halda müştəri və bank arasında yeni anlaşmanın imzalanmasına və ya dəyişikliklər edilməsinə ehtiyac var. Yeni inşa edilən binadakı mənzil bankda girov rolunu oynayır. Buna görə də müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranır».

Ekspert bildirib ki, əgər sökülən evə görə kompensasiya ödəniləcək və vətəndaşa yeni binada mənzil verilməyəcəksə, bu halda müqavilədə nəzərdə tutulan şərtlər əsasında öhdəliklər müəyyənləşməlidir: «Girovun ləğv edilməsi halında kreditin qaytarılması, yaxud öhdəliklərin girovsuz olaraq davam etdirilməsi nəzərdə tutula bilər. Bütün hallarda müqavilədə hansı müddəaların yer almasına diqqət etmək lazımdır. Əgər müqavilədə belə hal nəzərdə tutulmayıbsa, o halda tələblər bank və müştərinin razılığı əsasında müəyyənləşir. Digər tərəfdən, vətəndaş müqavilədə nəzərdə tutulan hala uyğun şəkildə öhdəliklərini yerinə yetirmirsə, bu halda bankın həmin müştərini məhkəməyə vermək hüququ var».