
Kimlər pulsuz mənzil ala bilərlər?
İmtiyazlı kateqoriyaya uyğun gələnlərə lazım olacaq sənədlərin siyahısı
İmtiyazlı kateqoriyaya uyğun gələnlərə lazım olacaq sənədlərin siyahısı
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Fransada 39 milyon ev sahibinə yeni öhdəliklər gətirildi
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Məcəllə kimlərə şamil olunacaq?
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Ev dəllalları müştəriləri necə aldadır?
Prezident İlham Əliyev ölkə parlamentinə Mülki Məcəlləyə dəyişikliklər paketi göndərib. Təkliflərin ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılması məqsədilə irəli sürüldüyü bildirilir.
Milli Məclisin mətbuat xidməti xəbər verir ki, təkliflər cümə günü Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb.
İclas zamanı məlumat verilib ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi problemlər mövcuddur. Dəyişiklik təkliflərinin qeyd olunan problemlərin aradan qaldırılmasına yardım edəcəyi qeyd olunub.
Təkliflərə görə, tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır.
Bundan başqa mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparmalı olacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçiriləcək.
Qanun layihəsi həmçinin nəzərdə tutur ki, tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.
Parlament komitəsi prezidentin təkliflərini bəyənib Milli Məclisin plenar iclasına tövsiyə edib.