vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
16:35 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Neft bir az da bahalaşdı

OPEK rəhbəri açıqlamalar verdi, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

OPEK rəhbəri Məhəmməd Barkindonun son açıqlamaları neftin bahalaşması prosesini dəstəkləyib. APA TV-nin məlumatına görə, OPEK rəhbəri bildirib ki, bazarda balansın yaranması tempi sürətlənir, burada kartel üzvlərinin qlobal neft paktı çərçivəsində öhdəliklərə riayət etməsi önəmli rol oynayır. ABŞ-da şist neftinin hasilatı tempinin azalmasına diqqət çəkən Məhəmməd Barkindo bildirib ki, dünyada neftə olan tələbatın daha da artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, anbarlarda və tankerlərdə saxlanan neft ehtiyatlarının həcmi azalır. Dərhal satınalma qiymətlərinin fyüçers qiymətlərindən baha olması səbəbilə tankerlərdə neft ehtiyatlarının azalması prosesi son zamanlar sürətlənib.

Bu açıqlamalar neftin qiymətinin yenidən bahalaşmasına səbəb olub. Hazırda «Brent» markalı neft 55,85 dollara satılır, Qərbi Texas nefti isə 49,64 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi OPEK-in qiymətlərin müəyyənləşməsində rolunun gücləndirdiyini göstərir.

Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair növbəti həftəlik hesabatı açıqlayacaq. Birja iştirakçılarının əsas diqqəti ölkənin benzin ehtiyatlarının həcminə yönəlib, ehtiyatların azalması neft emalı müəssisələrinin istehsal imkanları barədə təsəvvür formalaşdırmağa imkan verəcək.