Dua
Sevimli müəllimim, elmi rəhbərim Aida xanım İmanquliyevanın unudulmaz xatirəsinə
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
“Mükəmməl çıxış etdiniz”
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
-
“Vaxt itirmədən istehsalı artırmalıyıq”
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
-
“Hərə yorğanı öz tərəfinə dartırdı”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
-
“Dövlət bir manat da pul qoymur”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
-
“Ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Görən, Allah-taala bəndəsinə ömrü nə ilə ölçüb verir? Ağılla, idrakla, kamalla? Nəciblik, xeyirxahlıq, gözəlliklə? Görən, uca Tanrının dərgahında insanlıq, məhəbbət, şəfqət irəlidir, yoxsa elm, mərifət?
Bəs əgər Tanrının yaratdığı kəs həm nəcib və müdriksə, həm kamil və mürşidsə niyə ona mərhəmət göstərilib uzun ömür əta olunmur? Axı, Tanrı bəndəsindən heç nəyi əsirgəmir. Axı, Allahdır bəşərə ağıl verən, ürəyinə mürüvvət, gözlərinə işıq, qəlbinə nur salan, qalan nə varsa həqq deyil, yalan. Bəlkə, ona görə ki, «gülün ömrü az olur»?.
Yəqin şəfqətlə nəcabət kamalla, ülviyyətlə mərhəmət idrakla qovuşanda illərə sığışmır, əsrləri kəsir, onun sahibinə ərz dar gəlir, ərşə tələsir. Ya da yaradanın hər şeyi bəxş etdiyi sevgili bəndəsini dərgahına səsləməyi tezləşir. Bəlkə, dərgahında gözəllik, nəcabət bir az daha artsın deyə? Bəlkə, yerdə qalanların dünya nədir, ağlına batsın deyə?
Allahım! Bu dünyada inandığım yüzə yetdi, güvəndiyim iki ilə bitdi. Biri çoxunun həyat, tale, qismət dediyi Sən, o biri ünüm yetən bir İnsan. Sən dünyaya açdın gözümü, o, tanıtdı özümə özümü. Sən elmi-həyat verdin mənə, o, elmi-mərifət.
Sevgili bəndən idi, yanına tələsirdi. Rüzgar əsirdi, yaman əsirdi. Yarımçıq qaldı dərsim..
Bu tələsmək də mənə bir dərs oldu, bildim ki, ömür yoldu. Bu yolda çoxları heç kimin olmayan dünya malından beş əlli yapışıb üstündə əsir, sözü də əsirdir, özü də əsir. Sevdiyin o bəndən isə ömür adlı yolda quş kimi səkdi, nəsim olub əsdi, göylərə tələsdi. Ona inayət etdiyinin hamısını hamı ilə bölüşdü, ülvi, pak dünyasında bir il bir gün kimi ötüşdü. Gileyliyəm, mənə o pak dünyadan illər yox, günlər qismət oldu, bu da yoldu. Bilmirəm nədən umum- küsüm, yarı yolda qaldığımdan, yoxsa o ülvi dünyadan mənə düşən paydan? Sevinirəm, düşünürəm ki, yəqin müəllimim bəşərin seçilənidir yarananlardan.
Nə bilim, bu da bir sirri-xudadır.
Yaşadım, yaşayıram. Daha heç kimə inammıram, güvənmirəm, sığınmıram Allahımdan savayı. Heç kimdən heç nə istəmirəm havayı. Bircə təmənnadayam...
Bilirəm, bu fələyin işıqla, nurla qovğası var. Bilirəm, küləyi, qasırğası var. Qoy əssin, lap taqətimi kəssin. Bircə, Tanrım, qoyma, bir də xəzana döndərsin gülşənləri, bağları, gözdən salsın adına oxuduğum duaları. Əsirgəmə rəhmini. İndi təkcə Səndən, Səndən alıram dərsimi.
Rəsulunun mübarək adını daşıyan, qəlbi yalnız Sənin eşqinlə döyünmüş, ali-əbaya xidmət əbasina bürünmüş , özü dahi, əşarı ilahi bir bəndən də sirrindən agah olmadı:
Ondan soruşun sirri- dəhanı nə bilim mən?
Allah bilir o razi-nihanı nə bilim mən?
Sən hər şeyi bilənsən, hər şeyə qadirsən, adilsən. Səni sevib yanına tələsənlərə, sənin sevib uca mərtəbənə tələsdirdiklərinə inayətini əskiltmə, ya Rəbbim!
Faiq ƏLİYEV, fəlsəfə elmlər namizədi