vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ENERGETİKA  
08:39 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2372 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rosneft» İraq kürdləri ilə saziş imzalayıb

Kərkük mədənləri əldən gedəndən sonra ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın dövlət neft nəhəngi «Rosneft» bildirib ki, İraqın muxtar Kürdüstan regionu ilə dəyəri 400 milyon dollar olan hasilatın pay bölgüsü sazişi imzalayıb.

Oktyabrın 18-də verilmiş bu bəyanat İraqın neftlə zəngin bölgəsində gərginliyin son həddə çatdığı bir vaxta təsadüf edir.

Burada ötən ay Kürdüstan Regional Hökumətinin keçirdiyi kürd müstəqillik referendumu Bağdad hökuməti tərəfindən rədd edilib.

Bundan başqa İraq qoşunları ölkənin şimalına yürüş edərək Kərkük neft rayonunu kürdlərdən geri alıb. Kürdüstan Regional Hökumətinin neft-qaz ixracatının yarısı Kərkük mədənlərinin payına düşür.

Kürdüstan Regional Hökuməti etirazlara baxmayaraq Kərkük bölgəsini də kürd müstəqilliyi referendumunun keçirildiyi əraziyə qatmışdı.

«Rosneft» bildirib ki, hasilatın pay bölgüsündə 80 faizin əldə edilməsi məqsədilə 400 milyon dollar ödəyir.

«Rosneft» bildirir ki, hasilatın bərpa edildiyi beş blok «xəsis» qiymətləndirməyə görə 670 milyon barrel neft verə bilər.

Rusiya ilə kürd muxtar regionu arasında imzalanmış sazişə habelə birgə axtarış-kəşfiyyat qazma işləri də daxildir. «Rosneft» bildirib ki, onun əldə etdiyi hasilat bloklarının inkişaf etdirlməsinə, hər şey plan üzrə gedərsə, 2021-ci ildə başlanacaq.

İraq hökuməti ilə Ərbil arasındakı siyasi qarşıdurmaya gəlincə isə, Moskva bu məsələdə heç kimin tərəfini saxlamayacağını bildirib.