«İnsanların dualarında yaşayıram»
Könül Xasıyeva: «Həkimlərin dediyi o günü gözləyirəm»
Xəyalə RƏİS
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
“Mükəmməl çıxış etdiniz”
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
-
“Vaxt itirmədən istehsalı artırmalıyıq”
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
-
“Hərə yorğanı öz tərəfinə dartırdı”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
-
“Dövlət bir manat da pul qoymur”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
-
“Ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya ev hədiyyə edildi. Onurğa iflici xəstəliyindən əziyyət çəkən ifaçının səhhəti günü-gündən yaxşılığa doğru dəyişir. Azərbaycan musiqi aləmində öz dəsti-xəttini yaradan, böyük tamaşaçı kütləsi qazanan K.Xasıyeva mənzil aldıqdan sonra «Kaspi» qəzetinə eksklüziv müsahibə verdi. Üçotaqlı, tam təmirli mənzillə mükafatlandırılan xalq artisti yeni evinin Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşdiyini deyir. Deyir ki, ulu öndərimizin adını daşıyan məkana yaxın olması xüsusilə xoş ovqat yaradır.
- Könül xanım, sizi mənzil almağınız münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm. Mətbuat nümayəndələri məni daima diqqət mərkəzində saxlayıblar, siz də həmçinin. Var olun! Allah bizim Birinci vitse-prezidentimiz Mehriban Xanım Əliyevaya uzun ömür versin. O, bizim mələyimizdir. Arzularımızı həyata keçirən mələk.
- Biz sizə də uzun ömür arzulayırıq.
- Çox sağ olun. Var olasınız, Allah hər birinizdən razı olsun.
- Sizə ev veriləcəyini gözləyirdiniz?
- Bəli, gözləyirdim. Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizin rəhbəri həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərib. Bunu danmaq olmaz, çünki bu, göz qabağındadır. Hər zaman dövlət başçımızın diqqətini üzərimizdə hiss etmişik. Ona görə sizdən heç nə gizlətməyəcəyəm, mən ev alacağımı gözləyirdim. Leyla Əliyeva şəxsən mənim müalicəmlə tez-tez maraqlanır, zəng etdirir, halımı xəbər alır. O, tapşırıqlarını verir, müalicənin yaxşı getməsi üçün əlindən gələni edir. Bizim dövlətimiz bütün bunları öz sənətkarına qarşı edir. Bizim həqiqətən də gözəl dövlətimiz var. Mən dövlət başçımıza, onun həyat yoldaşına öz minnətdarlığımı bildirirəm.
- Hazırda səhhətiniz necədir?
- Səhhətimə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım uğrunda çox əziyyət çəkirlər. İnsan ona dəyər verildiyini görəndə çox şad olur, sevinir. Sevincinin həddi-hüdudu olmur. Həkimlərimizin mənə deyirlər ki, səni Heydər Əliyev sarayında konsert verəcəyin günə qədər sağaldacağıq. Mən də həkimlərin dediyi o günü gözləyirəm. İnanıram ki, bir gün sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm. Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada olacaqlar. Onlar mənim başımın tacıdırlar. Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram. Siz mənim məxsusi qonağım olacaqsınız.
- Könül xanım, ürəyinizdə qalan hər hansı arzunuz varmı?
- Əlbəttə ki, arzular tükənməzdir. Mən Kazım balamın toyunu görmək istəyirəm. Allahdan tək arzum can sağlığıdır. Mən oğlumun xeyir işini görüm və onun boynuna kəlağayı salım. Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək inşallah mənə nəsib olsun. Allah ömür nəsib etsin ki, mən o günü görüm. Onun əlini həyat yoldaşına həvalə edim, sonra özləri bilsin. Ona çox möhtəşəm bir toy keçirmək istəyirəm. Ən böyük arzum odur ki, Kazım dövlətimizə ləyaqətli bala kimi yetişsin. Fərqi yoxdur, hansı sahədə çalışacaq. Adi sürücü də olsa belə, ləyaqətli və vicdanlı olsun. İnsanları sevsin, dövlətini, vətənini, torpağını sevsin. Onu gələcəkdə belə bir övlad kimi görmək istəyirəm. Allah hamımıza övladlarımızın xoş gününü yaşatsın.
- İnsan dostunu da, düşmənini də dar və xoş günündə tanıyır. Siz həyatın bütün sınaqlarından üzüağ keçdiniz. Xoş və dar gününüzdə dost-düşməninizi tanıya bildinizmi?
- Mən insanları çox sevirəm. Qəlbimdə zərrə qədər də olsa kin-küdurət yoxdur. Allahın yaratdığı insanı istəməməyə ixtiyarım yoxdur. Hər kəs mənim dostum, can-ciyərimdir. Elə şeylər ağlımın ucundan da keçmədi ki, mən insanları sınaqdan keçirim. Belə bir şeyi etmədim. Hiss etdim ki, insanların dualarında yaşayıram. Bu gün həyatdayamsa o, insanların duaları sayəsindədir. Xalqın duası məni ayağa qaldırdı. Mən bütün xalqıma təşəkkürümü bildirirəm. Ona görə ki, onlar məni pis günümdə də, xoş günümdə də tək qoymadılar, hər zaman yanımda oldular, onların dualarından əskik olmadım. Şükür Allahın bu gününə. Oktyabrın 24-ü həyatımda duaların qəbul olunduğu gündür. Həmin gün mənə ev hədiyyə edildi. O günü heç vaxt unutmayacağam. Bu tarix mənim həyatımda qızıl hərflərlə bir tarix yazdı.
- Səsiniz hələ də yerindədirmi?
- Səhhətimdə problem olmasına baxmayın, səsimdə heç bir problem yoxdur. Allah mənim boğazıma sanki bir aparat qoyub. Onu məndən yalnız Allah ala bilər. İndi bir az zəifləmişəm, inşallah bunun da öhdəsindən gələcəyəm.
- Bizim ailədə sizə böyük hörmət var. Sizin səhhətinizlə bağlı yayılan xəbərlər bizi çox məyus etdi.
- Mənim adımdan məni soruşan, mənə görə narahat olan hər kəsə deyin ki, Könül Xasıyevanın səhhəti yerindədir, heç bir narahatlığa əsas yoxdur. Məni xalqın sevgisi yaşadır, sağ olsun xalqım. Allah onlara dəyməsin. Məni ayaqda tutan xalqımın xeyir-duasıdır. Mən özümü şanslı ifaçılardan hesab edirəm. Bütün ağsaqqallarımıza, ağbirçəklərinizə məndən salam çatdırın.
- Bundan əvvəl haqqınızda «Xərçəng xəstəliyindən əziyyət çəkir» məlumatı yayılmışdı. Bu məlumat doğru idi?
- Xeyr, əsla. Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm. Hətta ölüm xəbərim belə yayıldı. Nə qədər xərçəng xəstəliyindən əziyyət çəkən insan varsa, Allah onlara kömək olsun. O xəstəlikdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Doğmalarına səbir arzulayıram. Şükür ki, məndə bu gün o xəstəlik yoxdur. Düzdür, insanın sabaha təminatı yoxdur ki, həyatda olacaq, yoxsa yox. Kimin nə qədər yaşayacağını Allah bilir. Yazıya pozu yoxdur. Ancaq elə şey olmayıb. Bu, yanlış informasiya idi.
- Bu xəbərlər psixoloji olaraq sizə təsir etdimi?
- Əlbəttə ki, etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı. İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Telefonu kimə açırdımsa deyirdilər ki, bəs deyirlər sən ölübsən. Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü kimi təqdim etmək təbii ki, təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim. Bilmədən, xəbəri olmadan, maraqlanmadan, araşdırmadan jurnalistin, söz adamının yanlış yazması bağışlanılmazdır. Mən mətbuata açıq adamam, onlar mənimlə əlaqə saxlasaydılar, həyatda olduğumu deyərdim. Əgər jurnalist işinin peşəkarıdırsa, o, məlumatı dəqiq şəkildə öyrənməli, mənimlə əlaqə saxlamalı, sonra yazmalıdır. Xalqla bizim aramızda körpü rolunu oynayan məhz jurnalistlərdir. Mən istəməzdim ki, insanların hissiyyatı ilə bu qədər oynasınlar. İnsanlar da onların yazılarını oxuyub məyus olmuşdular. Xalqa hər zaman düzgün məlumat ötürmək lazımdır. Bu, onların vəzifə borcudur. Düzdür, jurnalistlərin içində peşəkarları da var, bu sözlərimi hər jurnalistə aid etmirəm. Ancaq istənilən halda düzgün deyildi.
- Sizə el arasında «bala Şövkət» deyə xitab edirlər. Bu ləqəb necə verilib?
- Deyirlər ki, xarici görkəminizdə oxşarlıq var. Mənim anamla bir şəklim var. Evdə göz önünə qoymuşam. Kim bizə gəlirsə, deyir ki, sən eynilə Şövkət Ələkbərovaya bənzəyirsən. Hətta şəklə baxıb, «Şövkət xanımın sizdə şəkli hardandır» soruşanlar da olur. Deyirəm ki, bu, mənəm, Şövkət xanım deyil. Mən onları inandıra bilmirəm ki, o xanım mənəm. Ona görə mənə «Balaca Şövkət» deyirlər. Sizə bir şəkil göndərəcəyəm, baxandan sonra o sualın cavabını özünüz tapacaqsınız.