vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
22:06 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 2533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmzəzadənin məqsədli qərəzi

Tapşırıq verəni, məsləhət görəni, sifariş edəni kimdir?

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu, artıq səhv deyildi, qərəz idi! Tapşırıq verəni, məsləhət görəni, sifariş edəni kimdir – bilmirik. Amma Rəvan Həmzəzadənin bugünkü idarəçiliyinin başqa adı yoxdur.

Peşəkar Futbol Liqasının və ya AFFA Hakimlər Komitəsinin bundan xəbəri yoxdursa, sifarişdə pay sahibi deyillərsə (!!!), zəhmət olmasa, «Qarabağ» – «Səbail» görüşünün hakimlərindən hesabat istəsinlər. Həmzəzadə faktiki, ağdamlıları dayandırmaq, bəlkə də çempionata süni rəqabət gətirmək üçün meydanda idi.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov hər zaman hakimləri müdafiə edib, onların işinin çətunliyindən bəhs edib. Amma bugünkü görüşdə hətta o da əsəblərinə hakim ola bilmədi. Çünki hakimlər «Qarabağ»ın ovuna çıxmışdı. Qırmızı vərəqə, bir sıra digər epizodlarla işimiz yoxdu, lakin son dəqiqələrdə 2 dəfə «Səbail»in qapısına 100 faizlik penalti təyin edilmədi. Xüsusilə ikincisi... Görə-görə, açıq-aşkar...

Hə, Əfran İsmayılov «İnter»lə oyunda olduğu kimi, yenə fərdi ustalığı sayəsində «Qarabağ»a layiq olduğu qələbəni gətirdi. Lakin ağdamlılar bunun üçün əziyyət çəkməməli, Dani Kintananın bir neçə dəfə «döyülməsinə» şahid olmamalıydılar.

Həmzəzadə deyəsən, «Səbail»ə görə canfəşanlıq edirdi. Klubun kimlərə bağlı olduğunu bilir, əsl yiyəsini tanıyır. Yəqin ümid edir ki, bu oyuna baxan klub sahibləri onun karyerasına yaşıl işıq yandırar, onun FİFA referiliyinə gedən yolunu rəvan edər. Amma belə səhvlərlə, həm də qərəzli səhvlərlə böyümək olmaz. Bunu AFFA rəhbərliyi, dolayısı ilə «Səbail»in hamisi də anlayır.

«Səbail»i yaxşı oyuna görə təbrik etmək olar. Samir Əliyev döyüşkən komanda yarada bilib. Lakin qonaqlar haqda çox tərif yazmağa tələsməyək. Çünki debütant hakim qarışıq 14-15 nəfərlə 10 oyunçuyla qalan rəqibə məğlub oldu.