vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
18:04 | 2 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft büdcə qiymətindən 22,4 dollar yuxarıdır

İlin əvvəli müqayisədə «AzəriLayt» 6,43 dollar bahalaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan neftinin qiyməti yenə artıb. Noyabrın 2-də «AzəriLayt» markalı neftin bir barreli 0,2 dollar bahalaşaraq 62,4 dollara qalxıb.

Nyu-York birjasında «Layt» markalı neftin bir barreli 54,24 dollara, London birjasında «Brent» markalı neftin bir barreli 60,50 dollara satılır.

Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb. 2 noyabr qiyməti Azərbaycan neftinin il ərzində 6 dollar 43 sent bahalaşması deməkdir. Yanvarın əvvəlində «AzəriLayt» 55,97 dollara satılıb.

Fevral 56,79 dollarla, mart 56,68 dollarla, aprel 53,62 dollarla, may 53,04 dollarla, iyun 51,01 dollarla, iyul 48,57 dollarla, avqust 53,60 dollarla, sentyabr 54,55 dollarla, oktyabr 57,51 dollarla start götürüb.