vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
12:33 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 1585 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakını Məkkə adlandırmaq böyük günahdır»

Şeyx əhalini dini baxımdan maarifləndirməyin vacibliyini vurğulayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakını Məkkə, Sumqayıtı isə Mədinə adlandırmaq dini baxımdan böyük günahdır». Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.

Şeyx Azərbaycanda oturaraq belə «fətva» verildiyini deyib. «Çünki Mədənə, Məkkə şəhərlərinin İslam dinində özünəməxsus yeri var. Bu da dini savadsızlıqdan irəli gəlir. Mir Şahinin «Hesabat» verilişinə baxdım. Orda çox gözəl məqamlar işıqlandırılıb, gözəl fikirlər səsləndirilib. Əhalini dini baxımdan maarifləndirmək lazımdır. Başqa televiziyalarda bu istiqamətdə addımlar atsa yaxşı olar».

QMİ sədri məscid axundlarına səslənərək onlardan idarə tərəfindən verilən moizə kitabından istifadə etmələrini istəyib: «Axundlar həmin kitabdan istifadə etməlidirlər. Belə olmadığı halda müxtəlif problemlər üzə çıxır. Ona görə də axundlar həmin vəsaitdən istifadə etməklə maariflənmə işi aparmalıdırlar. Tövsiyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə edilsin».