vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
22:11 | 11 noyabr 2017 | Şənbə Məqaləyə 2246 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göstərişi baş katib verir?!

«Mikayılın şousu» davam edir

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sözün bitdiyi an. İndi artıq «Mikayılın şousu»na hüquqi qiymət verilməlidi. «Kəpəz»in Müşahidə Şurasından geri çağırılan AFFA-nın sabiq mətbuat katibi mütləq cəzalanmalıdı.

Gəncə klubunun mühasibi Mənsurə Məmmədovanın müsahibəsi daşları yerindən oynatdı. Pul yeyintisinin etirafı həm də «otkat»larla bağlı deyilənlərin həqiqət olması deməkdi. Dar məqamda bu xanım Mikayıl Nərimanoğlunu ifşa etdi.

Bu ifşa həm də baş katib Elxan Məmmədovu çətin vəziyyətdə qoyur. Çünki Nərimanoğlu hər dəfə mühasibə qanunsuz əməllə bağlı göstəriş verəndə bunun «yuxarı»larla razılaşdırıldığını deyirmiş. İndiki məqamda ya Mikayıl bəy bütün günahları boynuna götürüb, müttəhim kürsüsünə əyləşməli, ya da bütün şəriklərini ələ verməlidi. Şərikləri hələlik onu başqa vəzifəyə təyin etməklə susdurub, lakin su boğaza qalxanda Mənsurə xanım kimi, o da dilə gələcək.

Maraqlıdı ki, AFFA-nın baş katibi Elxan Məmmədov noyabrın 3-dəki müsahibəsi zamanı Nərimanoğlunun maliyyə pozuntusuna yol vermədiyini, yalnız hüquqi sənədlərdə yanlışlığa yol verdiyini dilə gətirmişdi. Baş katibin indi nə deyəcəyi çox önəmlidi. Ortada konkret rəqəmlər, adlar var.

İlk olaraq «Futbolinfo»nun üzə çıxardığı audit yoxlaması davam edir və bu qrupun rəsmi açıqlamasını tələb edəcəyik. Şəffaflıq naminə AFFA bunu etməlidi. Ortada cinayət var.

Məmmədov jurnalistlərlə görüşü zamanı Nərimanoğlunun hətta özündən də əvvəl AFFA-da işləməsini dilə gətirmişdi. Bu, «Mikayıl mənim kadrım deyil» demək idi. Lakin Mənsurə xanımın müsahibəsindəki sitata fikir verin: «Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında "mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi» cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada "Mənsurə xanım, mən sizə nə deyirəm onu edin. Bütün məsələlər "yuxarı» ilə razılaşdırılır» dedi».

Bu fakt isə onu göstərir ki, Mikayıl bəy məhz baş katibin əmrinə müntəzir imiş.

Bəlkə də hər şey Şahin Diniyevin açıqladığı kimidi. Yəni, həqiqətən bir çox xərcləri yerbəyer etmək, mükafatları ayrıca karta yükləmək mümkün olmadığından belə varianta əl atılıb. Kiminsə maaşlarının üzərinə yazılan əlavələr, özü görünmədən adına maaş yazılan işçilər və s... Lakin bu, özü də qanun pozuntusudu, yanlış davranışdı, şəffaf işləmək üçün yaradılan Müşahidə Şurası sisteminin qondarma olmasının təsdiqidi.

Bu, hələ ən az büdcəyə malik olan «Kəpəz»di. Görün, «Sumqayıt»da, «Neftçi»də, «Səbail»də, «Keşlə»də nələr baş verir? Müşahidə Şurası ideyası yalnız gözdən pərdə asmaq, yeyintiləri bir ələ toplamaq üçün imiş. Mübarəksiz!..

Prosesi izləməkdə davam edirik.