vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
15:09 | 27 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qara qızıl» bahalaşır

Rusiya qlobal neft paktının müddətini artırmağa razılıq verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Birja həftəsinin ilk günü Rusiyanın energetika nazirinin açıqlamaları neftin bahalaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, Aleksandr Novak bildirib ki, bazarda artıq balansın yaranmağa başladığı müşahidə olunur, toplanan ehtiyatların 50 faizi isə artıq istifadə edilib. Nazir eyni zamanda neft sektoruna investisiyaların artmağa başladığını qeyd edib və bu üç amili hasilatın azaldılması haqqında razılaşmanın nəticəsi adlandırıb. Nazir bildirib ki, pozitiv meyllərə rəğmən balansın yaranmasına çox var, bu səbəbdən qlobal neft paktının müddətini artırmaq vacibdir.

Rusiyanın qərarı dəstəkləməsi xəbərindən sonra birjalarda neftin qiyməti bahalaşmağa başlayıb. Hazırda «Brent» markalı neftin bir bareli 63,9 dollardan satılır, Qərbi Texas («WTI) nefti isə 58,73 dollara təklif olunur. İki marka arasında fərq 5 dollardan artıqdır, OPEK-in Vyana görüşü ərəfəsində bu fərqin 7 dollara kimi artacağı proqnozlaşdırılır.

Bu gün neft analitiklərinin ABŞ-ın kommersiya neft ehtiyatlarının həcminə dair proqnozları açıqlanacaq. Bu proqnozlar bir qayda olaraq qiymətlərə təsir edir. Bundan başqa ABŞ-da neft boru kəmərində baş verən qəza bu gün qiymətlərə təsir edəcək amillərdən sayıla bilər.