Mərkəzi Asiya dövlətləri sammitə hazırlaşır
Nursultan Nazarbayev region dövlətlərinin prezidentlərini bir araya gətirmək niyyətindədir
Azər NURİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məscidin qarşısında hücum
Tacikistanın din xadimi bıçaqlanıb
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
Astana Mərkəzi Asiya dövlətlərinin sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Rusiyanın «Nezavisimaya qazeta» nəşri yazır ki, sammitin keçirilməsi üçün yaz bayramı - martın 21-i tarixi seçilib. Görüşün keçirilməsi regional problemlərin həlli və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmək zərurətindən doğub. Tədbirə rəhbərliyi də Nursultan Nazarbayev həyata keçirəcək. Ekspertlər hesab edirlər ki, nəticəli dialoq iki istiqamət əsas götürülərsə mümkündür. Bu istiqamətlər isə sərhəd və su-enerji əməkdaşlığıdır. «Bu gün Mərkəzi Asiyada ənənəvi dostluq və qardaşlıq münasibətlərinin konsolidasiyası müşahidə edilir. Və biz bütün qonşularımızla Mərkəzi Asiya liderlərinin qeyri-formal məsləhətləşmələrində əldə olunan təşəbbüsləri həyata keçirmək üzərində işləyəcəyik. Hesab edirik ki, ən gözəl tarix yaz bayramı – Novruzdur. Bu tarix Mərkəzi Asiya liderlərinin bizim liderimiz Nursultan Nazarbayevin sədrliyi ilə müvafiq toplantısının keçirilməsi üçün simvolik fon rolunu oynaya bilər», - deyə Qazaxıstan xarici işlər naziri Kayrat Abdahmanov ölkənin ilk prezidenti günü ilə bağlı keçirilən beynəlxalq parlament konfransında bildirib.
Risklərin qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev qeyd edib ki, birinci regional sammitin keçirilməsi barədə təşəbbüsün məhz Qazaxıstan tərəfindən irəli sürülməsi böyük rezonans doğurub. Bu ölkə müxtəlif inteqrasiya layihələrinin keçirilməsinin qızğın tərəfdarıdır. Özbəkistanın mərhum prezidenti İslam Kərimov belə təşəbbüslərə laqeyd yanaşır, region dövlətlərinin «birləşməsi»nə biganə idi. İndiki rəhbərlik isə əksinə, belə layihələri dəstəkləyir. Məsələn, prezident Şafkat Mirzoyeyev hətta Mərkəzi Asiya dövlət başçılarının Məsləhətçi Şurasının təsis edilməsini təklif edib. Onun qənaətincə, bu, regional problemləri ən yüksək səviyyədə müzakirə etməyə və onların həllinin axtarıb tapmaq yollarını tapmağa imkan verər. Özbək lideri qeyd edib ki, söhbət yeni beynəlxalq təşkilat və yaxud inteqrasiya strukturunun yaradılmasından getmir. Onun sözlərinə görə, yeni platformanın fəaliyyəti sırf problemlərin həllinə yönələcək.
Daşkəndin Məsləhətçi Şuranın təsis edilməsin təklifinə ilk reaksiya verən elə onun qazax həmkarı olub. Sonradan digərləri də təklifi dəstəkləyiblər.
Yeri gəlmişkən, regionda müxtəlif vaxtlarda müxtəlif inteqrasiya təşəbbüsləri irəli sürülüb. Məsələn, 2007-ci ildə N. Nazarbayev Mərkəzi Asiya dövlətləri İttifaqının yaradılması təşəbbüsünü irəli sürmüş və bildirmişdi ki, region daxili imkanları ilə özünü ərzaq və enerji resursları ilə təmin edə bilər. Lakin bu təklif elə layihə olaraq da qaldı. Qazax ekspertin qənaətincə, Özbəkistan liderinin təklifi regionda pozitiv reaksiya doğurub. «Qazaxıstan inteqrasiyanın tərəfdarıdır və bu cür təşəbbüsləri dəstəkləyir. Özü də Astana və Daşkənd regionda əhəmiyyətli strateji tərəfdaşdırlar. Astana Daşkəndlə tək dövlət başçıları səviyyəsində deyil, hərtərəfli sıx münasibətlər qurmağa can atır», - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, ideya bir sıra aspektlərdən maraqlıdır. Ən əsası, dövlətlər və yaxud ölkələrin blokları arasında siyasi bəyanatlar deyil, konkret biznes maraqları durmalıdır. Əgər dövlətlərarası qarşılıqlı münasibətlərdən söhbət gedirsə, burada daha çox diqqət sərhəd məsələlərinə ayrılır. Onun qənaətincə, əgər Qazaxıstan və Özbəkistan yaxınlaşma siyasətinə başlasalar, sonra əsas məsələ regionun ən problemli ölkəsi hesab edilən Tacikistanı birliyə cəlb etmək olacaq: «Qırğızıstana gəldikdə, bu ölkə ilə də bağlı problem var. Bişkek siyasi oyunları deyil, iqtisadi praqmatizmi rəhbər tutub inteqrasiyaya yaxınlaşacaqmı? Bu ölkə son vaxtlar siyasi məsələlərə daha çox yer ayırır». İndi bütün diqqət Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekovun atacağı ilk addımların nədən ibarət olacağına yönəlib. Ekspert də hesab edir ki, perspektivdə regional blokun yaradılması yalnız iki istiqamət üzrə inkişaf edərsə mümkündür – sərhəd və su-enerji əməkdaşlığı varsa.
Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr əmindir ki, regionda fikir ayrılıqları olub və çox güman ki, bundan sonra da olacaq. «Bu, qaçılmazdır – ölkələr müxtəlifdir. Bu yarımərkəzləşmiş regiondur. Lakin əsrlər boyu onlar bir-biri ilə sıx tellərlə bağlanıb. Bir-biriləri ilə qarşıdurma vəziyyətində olduqları dövrlər isə geridə qalıb. İndi onlar dayaq nöqtəsi axtarışındadırlar və bu da müsbət qiymətləndirilməlidir», - deyə amerikalı ekspert vurğulayıb. Onun qənaətincə, əgər region dövlətləri Əfqanıstanı da özlərininki hesab etsələr, onda uğur daha böyük ola bilər. «Əfqanıstanı Mərkəzi Asiyanın qonşu dövləti kimi deyil, bir hissəsi kimi nəzərdən keçirmək gərəkdir. Bu ölkənin sakinlərinin böyük bir hissəsi islam dininin radikal kəsiminin təmsilçiləridir. İndi bu ölkənin yaxşı imici mövcud deyil. Lakin gələcəkdə uğurlu ölkəyə çevrilməsi mümkündür. Konkret olaraq Cənubi Koreya nümunəsi var. Onun təbii resursları mövcud deyildi, ali təhsilli insanları da az idi. Lakin Koreya uğur qazanmağa müvəffəq oldu. Əfqanıstanın isə təbii resursları və ideal coğrafi imkanları var. Bu ölkə Mərkəzi Asiyanın tən ortasında yerləşir. Ən nəhayət, Əfqanıstan vasitəsilə nəqliyyat marşrutları inşa ediləcək və əfqanlar da ticarət aparmağın yollarını yaxşı bilirlər», - deyə ekspert bildirib. Öz növbəsində Dosım Satpayev hesab edir ki, xarici oyunçular istənilən təşəbbüsü dəstəkləməyə hazırdırlar. «Əgər həmin təşəbbüslər Mərkəzi Asiyada regional təhlükə və siyasi risklərin tempini aşağı salmağa xidmət edəcəksə, onda niyə də dəstək almasın», - deyə qazax ekspert bildirib.
Beləliklə, əsas olan odur ki, ilk baxışdan cəlbedici və dəstəklənməli olan sammit təşəbbüsü ortaya atılıb və bir neçə dövlət də ona dəstək verib. Sözsüz ki, bu təşəbbüs reallaşarsa, region dövlətləri arasında inteqrasiya və problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq. Qalır sadəcə, təşəbbüsü digər dövlətlərin də ciddi şəkildə dəstəkləməsi. (kaspi.az)