vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
18:08 | 5 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“McDonald’s” Qazaxıstanda işini dayandırıb

Restoranlarının öz məhsullarının yarıdan çoxunu Rusiyadakı tədarükçülərdən alırmış

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstanda bütün “McDonald’s” restoranlarının fəaliyyəti dayandırılıb. Buna aid elan şirkətin “Instagram” səhifəsində yer alıb.

Məlumatda bildirilir ki, dayanma texniki səbəblərə - fiskal məlumat operatoru tərəfində problemlərə görə baş verib. Restoranların nə vaxt açılacağı barədə, hələlik, məlumat yoxdur.

“McDonald’s” 2016-cı ildən Qazaxıstanda fəaliyyət göstərir. 2022-ci ilin yazında ölkənin altı şəhərində 23 ona aid restoran olub.

“Forbes” jurnalı daha əvvəl yazmışdı ki, Rusiyada “McDonald’s” fəaliyyətini dayandırdıqdan sonra Qazaxıstandakı şəbəkə çətinliklərlə üzləşə bilər. Çünki Qazaxıstan restoranlarının öz məhsullarının yarıdan çoxunu Rusiyadakı tədarükçülərdən aldığı bildirilirdi.

“McDonald’s”ın Rusiya şəbəkəsi Ukraynaya təcavüz (fevralın 24-də) səbəbindən Rusiyanı tərk edib. Şirkətin Rusiya biznesini Novokuznetskdən olan sahibkar Aleksandr Qovor alıb. Yeni restoranlar şəbəkəsi “Vkusno – i toçka” adlanır.