vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
17:45 | 4 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik hədələdi

Əmək müqaviləsi bağlamayanlar 3 il müddətinə azadlıqdan məhrum ediləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda işçilərlə əmək müqaviləsi bağlamayan işəgötürənlər 3 il müddətinə azadlıqdan məhrum ediləcək». ANS PRESS-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzən işəgötürənlər tələb olunan mütləq göstəriciləri əmək müqaviləsində əks etdirmirlər.

Xidmət rəisi qeyd edib ki, bəzi hallarda əmək müqavilələrinin bir nüsxəsi işçiyə təqdim olunmur və işəgötürənlər bu haldan yayınırlar. İ.İsayev bildirib ki, sonda işçi əmək müqaviləsi üzrə öz hüquqlarından məlumatsız olur, işə götürən isə bundan istifadə edərək müəyyən addımlar atır: «Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq nazirlikdə elektron informasiya sistemi fəaliyyətə başladıqdan sonra bütün işçilər öz öhdəliklərini bilmiş olur və işəgötürəndən də bunu tələb etmək imkanına malikdirlər. Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik edilib. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimə tətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə cərimənin tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinə də dəyişiklik edilib ki, buna əsasən, işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunması ilə bağlı işəgötürənlər 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum ediləcək. Bütövlükdə məqsəd ondan ibarətdir ki, respublikada bütün işəgötürənlər öz işçiləri ilə əmək müqaviləsi bağlamış olsun, müqavilədəki əks olunana öhdəliklər barədə onları məlumatlandırsınlar».