vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:41 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft və qızıl bahalaşacaq

«InvestAZ»dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

«İnvest-AZ İnvestisiya Şirkəti» QSC-nin Analitika Departamenti

MÖVZU İLƏ ƏLAQƏLİ

«InvestAZ» İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

Avro

 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.1737 dollara kimi ucuzlaşıb. Məzənnə üzrə təhlillər isə qiymətdə ucuzlaşmasının 1.1707 və 1.1650 dollara kimi davam edə biləcəyini göstərir

Bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-da və cümə axşamı saat 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonada inflyasiya və ABŞ-da iqtisadi inkişaf ilə bağlı önəmli statistik məlumatların da beynəlxalq maliyyə bazarlarında məzənnələrə güclü təsir edəcəyi gözlənilir.

 

Funt sterlinq

 

GBP/USD qiymətində 1.3308 dolların aşağı istiqamətdə qırılmasında çətinliyin olduğu müşahidə edilir. Məzənnə üzrə proqnozlarında «ayı trendi»ni müdafiə edən investorlar üçün isə bu səviyyənin aşağı istiqamətdə qırılması önəmli əhəmiyyət kəsb edir. Məhz qiymət 1.3308 dolların altında qalarsa, 1.3159 dollara kimi 1 faiz ucuzlaşa bilər.

Qeyd etmək lazımdır ki, İngiltərənin Avropa Birliyindən ayrılması danışıqları fonunda iqtisadiyyatda müşahidə edilən qeyri-müəyyənlik, funtun qiymətinə də mənfi təsir edir.

 

Türk lirəsi

 

Türkiyə bazarlarında USD/TRY məzənnəsi keçən həftə 3.84TL-nin altında qalmadı və Türkiyə Mərkəzi Bankının qərarından sonra yenidən bahalaşdı. Hal-hazırda 3.85TL-nin üzərində möhkəmlənməyə çalışan qiymət, 3.90 və 3.92TL-ə kimi də bahalaşa bilər.

 

Neft

 

Enerji bazarlarında isə Avropanın «Brent» markalı neftinin bir barel qiyməti 63 dollara ticarət edilir. Qiymət gələcək günlər ərzində yenidən 64 dollara kimi bahalaşmaqla, bu səviyyənin üzərində möhkəmlənərsə, 66 dollara kimi də dəyər qazana bilər.

Dünyada neftə olan tələbin daha da arta biləcəyinə işarə edən xəbərlərin son günlər sıx açıqlanması, neft qiymətlərinin bahalaşmasını gücləndirən əsas amillərdir.

 

Qızıl

 

Əlvan metallar bazarlarında da qiymət 1240 dollara (39.8 dollar/qram) kimi ucuzlaşdıqdan sonra sürətlə bahalaşmağa başlayıb. Beləliklə, 1255 dollara (40.3 dolar/qram) ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin 1253 dolların (40.2 dollar/qram) üzərində qaldıqca, 1261 (40.4 dollar/qram) və 1268 dollara (40.7 dollar/qram) kimi dəyər qazanacağı proqnozlaşdırılır.

 

***

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

Risk bildirişi

 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və «İnvest-AZ İnvestisiya Şirkəti» QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

«İnvest-AZ İnvestisiya Şirkəti» Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.