vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PROBLEM  
20:35 | 29 dekabr 2017 | Cümə Məqaləyə 2232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dözülməzdir...»

Prezident qoruqdakı vəziyyətə baxıb reaksiya verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra «Yanardağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb. Bu barədə prezidentin rəsmi saytı xəbər verir.

Prezident qoruqdakı vəziyyətlə tanış olandan sonra burada şəraitin dözülməz olduğunu bildirib. İlham Əliyev qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

«Yanardağ»da şəraitsizlikdən yerli və xarici turistlər də şikayətçidirlər. Minlərlə il ərzində mövcud olan bu təbiət möcüzəsinə baxmaq istəyənlərin sayı az deyil. Lakin dünyada cəmi 6 yerdə olan bu mənzərəni müşahidə etməyə gələnlər təəssüflərini gizlətmirlər.

Qeyd etmək lazımdır ki, «Yanardağ» şəhərdən xeyli aralıdır və bura gələn turistlər yalnız bu möcüzəyə tamaşa etmək deyil, həm də vaxtlarını xoş keçirmək, ən azı uzaq yoldan sonra bir stəkan çay içmək istəyirlər. Bunun üçün isə «Yanardağ»da heç bir şərait yoxdur. «Gəl, bax, get» prinsipi isə turistləri qətiyyən razı salmır.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin qoruqda turistlər üçün cəlbedici şəraitin yaradılması ilə bağlı verdiyi göstərişlər bu məkana turist axınının güclənduirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.