vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
13:04 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2408 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftə tələbat 2030-da pik həddinə çatacaq

2040-cı illərdə isə şəxsi avtomobillərin azalacağı gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» BP şirkətinin illik enerji proqnozuna əsasən yazır ki, elektriklə işləyən avtomobillər qarşıdan gələn iki onillikdə inqilab yaradacaq və buna görə də neftə olan tələbat 2030-cu illərin sonunda özünün pik nöqtəsinə çatacaq.

Məqalədə deyilir ki, xam neftin ən böyük hasilatçılarından biri olan BP neftə tələbatın kəllə-çarxa çatacağı vaxt barədə ilk dəfədir proqnoz verir. Bununla belə şirkət tələbatın kəskin azalacağına riskin az olduğunu bildirir.

BP bildirib ki, 2040-cı ilədək yollarda 300 milyon elektriklə işləyən avtomobilin olacağı gözləniləndir. Proqnozda deyilir ki, bu maşınlardan əksəriyyəti sürücüsüz və telefonla çağırılan taksilərdən ibarət olacaq. Proqnoza görə şəxsi avtomobillərin azalacağı gözlənilir.

BP-nin baş iqtisadçısı Spenser Deyl (Spencer Dale) bildirir ki, 2030-cu ilədək ictimai avtomobillərin nəhəng say artımı qeydə alınacaq.

BP-nin yazdığı ssenariyə görə 2040-cı ilədək bütün dünyadakı 2 milyard avtomobilin 15 faizi elektriklə işləyəcək. Buna baxmayaraq belə avtomobillər sərnişindaşımanın 30 faizini icra edəcək. Bu ona görə baş verəcək ki, ictimai taksi kimi işləyən avtomobillərinin sərnişini daha çox olacaq.

Lakin elektrik maşınlarının belə inqilabi artımına baxmayaraq BP-nin proqnozuna görə 2040-cı ilədək neftə tələbat 2016-cı ildə olduğu qədər - günə 18, 7 milyon barrel olaraq qalacaq.

BP-nin proqnozunda bu da deyilir ki, elektrik avtomobillərinin artımına baxmayaraq, ümumilikdə avtomobil nəqliyyatına tələbat da iki dəfə artacaq. Bu nəqliyyatda çalışan avtomobillərin isə böyük bir qismi 2040-cı ilədək hər halda benzin və dizellə işləyəcək.

İngiltərə bankının keçmiş baş iqtisadçısı Spenser Deyl deyib ki, elektrik maşınlarının artmasının neftə tələbatı azaldacağına dair mülahizələr sadə riyaziyyatla isbat oluna bilmir.

Bu da qeyd olunur ki, 2040-cı ilədək daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərin qadağan olunması neftə tələbatı azaldacaq. Proqnoza görə, başqa sözlərlə elektrik maşınları neftə tələbatı günə 10 milyon barrel ixtisar edəcək.

Britaniya və Fransa benzinlə işləyən yeni avtomobillərin qadağanı üçün hədəf olaraq 2040-cı ili götürüblər. Maraqlıdır ki, Çin və Hindistan da hava çirklənməsinin qarşısını almaq məqsədilə buna bənzər hədəf qoymağı planlaşdırır.

Cənab Deyl deyib ki, neftə tələbatın azalmasına başqa bir faktor da təsir göstərəcək. Bir dəfə işlənən plastik məmulatlarının istehsalının qadağan edilməsi neftə tələbatı günə 2 milyon barrel də azaldacaq.

Lakin hətta elektrik avtomobillərinin çox sürətlə artacağı təqdirdə də neftə tələbat bugünkü günə 98 milyon barreldən çox cüzi az olacaq. Bu ona görə baş verəcək ki, Çin, Hindistan və başqa inkişaf etməkdə olan regionlarda benzinli avtomobillərin sayı artmaqda davam edəcək.

Bu da qeyd olunur ki, avtomobillərdən fərqli olaraq gəmi və təyyarələri elektrikləşdirmək çətindir və buna görə də bu nəqliyyat növləri benzin və dizel işlətməkdə davam edəcək.

BP-nin illik proqnozu enerji dünyasında ən mötəbər proqnozlardan sayılır. Bu proqnozda habelə bərpa olunan enerji növlərindən istifadənin xeyli artacağı qeyd olunur.

BP-nin ssenarisinə görə bərpa olunan enerji növlərinin qlobal enerji istehlakındakı payı indiki 4 faizdən 2040-cı ildə 14 faizə qalxacaq.

Bu da bildirilir ki, 2040-cı ilədək kömürdən istifadədə durğunluq yaranacaq. Cənab Deyl bunu da bildirib ki, qlobal enerji artımının 40 faizi bərpa olunan enerji növlərinin payına düşəcək.

BP inanır ki, qlobal enerji siyasətlərinə və texnoloji inkişafa baxmayaraq 2040-cı ilədək qlobal karbon emissiyalarının 10 faiz azaldılması hədəfi əldə oluna bilməyəcək.

BP-nin baş icraçı direktoru Bob Dadli (Bob Dudley) deyib ki, neft qiymətlərinin hazırkı sabitliyi çox da arxayın salmamalıdır. Onun fikrincə neft qiymətlərinin əvvəlki yüksək qiymətlərinə çatacağı gözlənilmir.