vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
20:22 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 1706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələbat ən azı 2020-ə qədər davam edəcək

Neft bazarı ABŞ-da açıqlanacaq məlumatları gözləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da artacağı gözlənilən neft ehtiyatları məlumatı öncəsi «Brent» neftinin qiyməti 67 dolların üzərində qalır. ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlayacağı məlumatların, xam neft ehtiyatlarının ötən həftə 2 milyon barel artdığını göstərəcəyi gözlənilir.

«Carrizo Oil & Gas Inc» şist nefti üçün quyuların qazılması xərclərinin artdığı barədə xəbərdarlıq edib.

Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi ölkələri (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmaları ilə əlaqədar olaraq bu il 6 faiz yüksəlib.

«Bank of America»dan Fransisko Blanç, xam neftə tələbatın ən azı 2020-ci ilin sonuna qədər güclü olacağını və bunun da xam neftin spot qiymətlərini fyuçers qiymətlərin üzərinə çıxaracağını qeyd edib.

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) «Nymex» birjasında 63.95 dollardan, «Brent» nefti «Londonda ICE Futures Europe» birjasında 67.49 dollardan alıcı tapıb.