vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
14:56 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bazar ABŞ-ın təsiri altında

Dollar bahalaşdı, neft ucuzlaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da özəl sektorun açıqlamasına görə, ehtiyatların artması və dolların bahalaşması qarşısında xam neft dəyər itirib. APA TV-nin məlumatına görə, Amerika Neft İnstitutu həftə ərzində ölkədə xam neft ehtiyatlarının 933 min barel artdığını açıqlayıb. Rəsmi hesabat isə bu gün açıqlanacaq. Əgər bu hesabatla artım təsdiqlənərsə ucuzlaşmanın davam edəcəyi gözlənilir.

OPEK ölkələri hasilatın məhdudlaşdırılması razılaşmasına əməl edir, Liviyada istehsalda büdrəmə var, Venesuelada isə qeyri-sabitlik qiymətlərə müsbət təsir edən amillərdir.

Bununla belə ABŞ-da qaya neftinin və fəal quyuların sayının artması, ehtiyatların çoxalması qiymətlərin ucuzlaşmasına daha ciddi təsir edir. Hazırda neft bazarı ABŞ-dan gələn hesabatlara uyğun hərəkət edir.

«Brent» markalı neft gün ərzində 1 dollar ucuzlaşıb, hazırda 66,22 dollardan satılır. Qərbi Texas nefti (WTİ) isə 1 dollardan da çox ucuzlaşaraq 62,66 dollardan təklif olunur.