Qiymət 78 dollara yaxınlaşır
Xam neft ehtiyatları azaldı, qiymət sürətlə bahalaşdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Ərzaq ucuzlaşacaq
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
-
3 ilin ən aşağı qiyməti
Qiymətlərin enməsinə ABŞ və Çin başçılıq edir
-
Çin – qiymətlərə ən çox təsir edən faktor
Tələbin azalması səbəbindən neft qısa müddətdə 80 dolların altında qalacaq
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
Neft erası başa çatırmı?
2024 yeni dövrün başlanğıcı ola bilər
-
“Brent” 7 dollar ucuzlaşıb
60 maksimum qiymət bazara mənfi təsir edir
-
Ağ Ev narahatdır
OPEC qiymətləri qaldırır
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
OPEC anlaşmanı pozmadı
Ötən ilin oktyabrında qəbul edilən qərar qüvvədə qaldı
-
Tavana dirənən Rusiya nefti
OPEC-in 2023-cü il kvotaları gələn həftə qiymətlərə təsir edən ikinci amil olacaq
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Ağ Evdən Aİ-nin qərarına dəstək
ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
-
Dünya neft içərisində üzür
OPEC+ öhdəliyə gedə bilmir
-
Bir həftədə 10 faiz ucuzlaşma
Tələbin azalması qara qızılın qiymətinə ciddi təsir edib
Mayın 10-da dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 1,55 dollar və ya 0,77 faiz artaraq, 71,69 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar ya 0,74 faiz artaraq, 77,78 dollar təşkil edib.
Azərbaycan nefti də bahalaşıb. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,99 dollar və ya 3,99 faiz artaraq 77,84 dollar təşkil edib.
***
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,2 milyon barrel (0,5 faiz) azalaraq 433,8 milyon barrelə gerilədiyini açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 200 min barrel azalma göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,2 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə 700 min barel (0,1 faiz) azalaraq 663,6 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 2,2 milyon barel (0,9 faiz) azalaraq 235,8 milyon barelə düşüb.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 400 min barrel azalma göstərməsi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,2 milyon barel artım göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,23 milyon barrel azalaraq 7,32 milyon barrelə düşərkən, xam neft ixracı da gündəlik orta hesabla 271 min barrel azalma ilə 1,88 milyon barrelə enib.
ABŞ-ın xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 84 min barel artımla 10,7 milyon barelə çatıb.
Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 17 həftədə 16 dəfə artım göstərmişdir.
EIA-nın May 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir.
Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyması gözlənilir.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətləri artmışdır. Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, “Brent” növü neftin barrel qiyməti 77,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin barrel qiyməti də 71,70 dollara qədər yüksəlib.
Qeyd edək ki, ötən gün neftin bahalaşmasına ABŞ Prezidenti Donald Trampın qərarı ilə ölkəsinin İran ilə 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxması və İrana sərt sanksiyaların tətbiq ediləcəyinin açıqlanması səbəb olmuşdu.